“Azərbaycan dövləti cəbhədə olduğu kimi, siyasətdə, diplomatiyada da uğur qazandı və düşmən məğlubiyyətini etiraf edərək, digər torpaqlarımızdan da çəkilməyə məcbur oldu. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə misli görünməmiş bir uğura imza atdı. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinin, gücünün göstəricisidir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı uzun illərdir həsrətində olduğu tarixi qələbəni qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət edərək şanlı qələbəmizin müjdəsini verməsi ölkəmizin hər yerində olduğu kimi, Samuxda da böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edilib. Rayon sakinləri musiqi sədaları altında rəqs edib, yallı gediblər. “Sentyabrın 27-də Ermənistanın növbəti təxribatına Azərbaycan Ordusu əks-hücumla cavab verdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz əks-hücum əməliyyatları ilə torpaqlarımızı addım-addım düşmən işğalından azad etdi. Vətən müharibəsində cəbhədə qazanılan qələbəmiz Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, mətinliyi ilə siyasi müstəvidə də öz təsdiqini tapdı. Həyatımızın ən xoş günləridir. Ümid edirəm ki, Qarabağda həyat bərpa olunandan və məcburi köçkünlər uzun illərdən bəri həsrətində olduğu doğma torpaqlarına qayıdandan sonra xalqımıza daha xoş günlər yaşamaq nəsib olacaq”.
- Oxunub: 2070 |
- Tarix: 13-11-2020 |
-
Çap et |