Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sevinc Hüseynova Samanlıq kəndində seçicilərlə görüşüb

Sevinc Hüseynova Samanlıq kəndində seçicilərlə görüşüb

24.01.2020 [10:41]

Yeni Azərbaycan Partiyasının (YAP) 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynovanın Gədəbəy rayonunun Samanlıq kəndində seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev dövlətçiliyə sədaqəti ilə fərqlənən Gədəbəy sakinlərinin parlament seçkilərində yekdilliklə iştirak edəcəklərinə əminliyini ifadə edib. Bildirilib ki, 103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Sevinc Hüseynovanın ötən beş ildə millət vəkili olaraq fəaliyyəti seçicilər tərəfindən yüksək dəyərləndirilir. R.Nağıyev seçicilərin növbəti dəfə Sevinc Hüseynovanı dəstəkləyəcəyinə, daha güclü Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərinə inandığını bildirib.
Çıxış edən millət vəkilliyinə namizəd S.Hüseynova ilk olaraq onun namizədliyini irəli sürən YAP-a və partiyanın Sədri İlham Əliyevə minnətdarlığını bildirib. S.Hüseynova ölkəmizdə, ən əsası, bölgələrdə bütün sahələr üzrə paralel şəkildə yenidənqurma, müasirləşdirmə işlərinin aparıldığını önə çəkib. Bu yeniliyin vətəndaşların rifahına xidmət göstərdiyini deyən S.Hüseynova kənd təsərrüfatına edilən yardımların, ayrılan subsidiyaların, eləcə də qəbul olunmuş Dövlət proqramlarının əhəmiyyətindən bəhs açıb: “Bölgələrimizdə kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm qoyub. Kiçik və orta sahibkarlığın inkişafına verilən dəstək bunu deməyə əsas yaradır”.
Tədbirdə çıxış edən seçicilər Sevinc Hüseynovaya səs verəcəklərini bəyan ediblər.

Paylaş:
Baxılıb: 460 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31