Ana səhifə »  YAP xəbərləri »  Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətin bütün təbəqələrini təmsil edir
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətin bütün təbəqələrini təmsil edir

Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini

 

Azərbaycan Respublikasında demokratik seçki mədəniyyətinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl islahatların məntiqi təsdiqi və yekunudur. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi islahatların mühüm cəhətlərindən biri də ölkəmizdə bütün səviyyələrdə (prezident, parlament, bələdiyyə) keçirilən seçkilərin məhz dünyanın qabaqcıl demokratik ölkələrinin qəbul etdiyi yüksək standartlar çərçivəsində həyata keçirilməsinin təmin edilməsidir. Bu baxımdan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə keçirilən hər bir seçkiyə xalqımızın qarşısında növbəti hesabat və imtahan kimi yanaşaraq, iqtidar partiyası kimi öz üzərinə düşən məsuliyyəti aydın şəkildə dərk edir. Belə ki, partiyamız hər seçkinin başa çatdığı günün səhəri artıq növbəti seçki kampaniyasının hazırlıqlarına başlayır.
Təsadüfi deyil ki, ölkənin avanqard siyasi qüvvəsi kimi YAP respublikada baş verən ictimai-siyasi dəyişikliklərə fəal reaksiya verməli, idarəetmənin bütün sahələrində islahatların sinxron və paralel həyata keçirilməsi işinə öz töhfəsini verməlidir. Məhz bu amilləri nəzərə alaraq, qanunverici orqanın öz işini günün tələbləri səviyyəsində qurması, həyata keçirilən islahatlarla ayaqlaşması məsələsini gündəmə gətirərək, ötən ilin sonlarında parlamentin yenilənməsi təşəbbüsü ilə çıxış etdi.
Ona görə də Yeni Azərbaycan Partiyasının Siyasi Şurası, İdarə Heyəti, İcra Katibliyi və rayon (şəhər) təşkilatlarının 2019-cu ilin dekabr ayından etibarən fəaliyyəti əsasən Milli Məclisə keçiriləcək seçkilərə həsr edilmişdir. Bununla bağlı Mərkəzi Seçki Qərargahının rayon (şəhər) şöbələrinin fəaliyyətinə dair proqram təsdiq edilmiş və mərhələli şəkildə həyata keçirilmişdir. İlk növbədə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 84 rayon (şəhər) şöbəsi yaradılmış, texniki təchizatla təmin edilmiş, qərargah üzvlərinə treninqlər keçirilmişdir.
Habelə bütün respublika üzrə seçici siyahılarının dəqiqləşdirilməsi uğurla başa çatdırılmışdır. Məntəqələr üzrə ərazinin sosial-iqtisadi problemləri, əhalinin xüsusiyyətləri öyrənilmiş, seçki prosesində iştirak edən partiya fəallarının və müxtəlif mobil qrupların işinin təşkil edilməsi və koordinasiyası təmin edilmişdir.
Seçki Məcəlləsinin tələblərinə uyğun namizədlərin irəli sürülməsi və onların sənədlərinin müvafiq seçki komissiyasına təhvil verilməsi təmin edilmişdir. Habelə Yeni Azərbaycan Partiyasının həm respublika üzrə 2, həm də 123 nəfər seçki dairələri üzrə səlahiyyətli nümayəndələr müəyyən edilmişdir. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması, onların qeydə alınması və namizədlik vəsiqələrinin alınması təşkil edilmişdir. Ümumilikdə Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 123 nəfər üzvünün namizədliyi qeydə alınmışdır.
Partiyanın namizədlərinin siyahısına diqqət yetirsək görərik ki, ümumxalq partiyası olaraq Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətin bütün təbəqələrini təmsil edir və onların hamısı ali təhsillidir. Hər zaman digər partiyalardan fərqli olaraq YAP öz sıralarında cəmiyyətin öncül ziyalı təbəqəsinin yer almasına xüsusi həssaslıqla yanaşmışdır. Bu şəxslər daim partiyanın rəhbərliyinin diqqət mərkəzində olmuş, həm seçkili orqanlarda, həm də idarəetmə aparatının digər qollarında uğurla təmsil olunmuşdur. Həmin amil özünü budəfəki namizədlər siyahısında da büruzə vermişdir. Belə ki, YAP namizədlərinin 21-i elmlər doktoru, 22-si isə elmlər namizədidir.
Namizədlərin müəyyən olunmasında mühüm amillərdən biri də ötən çağırışlarda deputat olmuş şəxslərin fəaliyyətinin dəyərləndirilməsi zamanı ortaya çıxmışdır. Belə ki, bu dəfə namizədlər siyahısında öz seçiciləri ilə mütəmadi görüşən, onların problemləri ilə maraqlanan və həll edən, komissiyaların və plenar iclasların işində fəal iştirak edən, ölkəmizi xaricdə uğurla təmsil edən deputatlar yer almışdır. Onların sayı 45 nəfərdir.
Partiyamız daim yaşlı və gənc nəslin müvafiq olaraq təcrübə və enerjisinin vəhdətinə, başqa sözlə, sinerjisinə inanır. Ona görə də təsadüfi deyil ki, namizədlərimizin 18 nəfərini 35 yaşadək gənclər, 30 nəfərini isə 60 yaşdan yuxarı şəxslər təşkil edir.
Ölkəmizdə iqtisadi inkişafa paralel olaraq dövlət bölməsi ilə yanaşı təsərrüfatın özəl sektoru da sürətlə inkişaf edir. Həmin sahədən çıxmış şəxslərin parlamentdə təmsil olunması və bu zümrənin tələb, təklif və qayğılarını qanunverici orqanda dilə gətirməsi günün tələbinə çevrilmişdir. Namizədlərimiz arasında 10 nəfər məhz bu sahəni təmsil edir.
Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” çağırışı partiyamızın fəaliyyətində mühüm proqram xarakteri daşımaqdadır. Bu baxımdan təhsil və səhiyyə millətimizin sağlam gələcəyinin təmin edilməsi səbəbindən strateji əhəmiyyət daşıyır. Namizədlər siyahımızda 22 nəfər təhsil, 6 nəfər səhiyyə sahəsini təmsil etməklə, əgər seçilsələr, bu sferada qəbul olunacaq qanun və qərarların keyfiyyət və effektivliyi baxımından mühüm rol oynayacaqlar.
Bələdiyyələrə adətən “kiçik demokratiya məktəbləri” deyilir. Namizədlərimizdən 6 nəfəri artıq bu mərhələni geridə qoyaraq, siyasi və seçki təcrübəsi əldə edərək partiyamızı qanunverici orqanda təmsil etmək üçün irəli sürülmüşdür.
YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda - qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil olunmasına xüsusi əhəmiyyət vermişdir. Bu dəfə də partiyamız ənənəsinə sadiq qalaraq 28 nəfər ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış qadınlarımıza siyahısında yer vermişdir. İndi isə Azərbaycan Respublikasında 09 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürülmüş namizədlərin sosial tərkibinin statistikasını təqdim edirəm:

Namizədin sayı: - 123 nəfər
Onlardan:
Qadın - 28 nəfər
Kişi - 95 nəfər

Yaş qrupları üzrə:
18-35 yaş - 18 nəfər
36-45 yaş - 35 nəfər
46-60 yaş - 40 nəfər
60-dan yuxarı - 30 nəfər

Fəaliyyət sahələri üzrə:
Dövlət sektoru - 32 nəfər
Milli Məclisin deputatı - 45 nəfər
Bələdiyyə üzvləri - 6 nəfər
Səhiyyə üzrə - 6 nəfər
Təhsil üzrə - 22 nəfər
Özəl sektor - 10 nəfər
Müvəqqəti işsiz - 2 nəfər

Təhsil üzrə:
Ali - 123 nəfər

Elmi dərəcəlilər:
Elmlər namizədi - 22 nəfər
Elmlər doktoru - 21 nəfər

YAP rayon (şəhər)
təşkilat sədrləri: - 8 nəfər

Yekunda qeyd etmək istərdim ki, partiyamızın irəli sürdüyü hər bir namizəd böyük bir məsuliyyətin altındadır və əminik ki, ona göstərilən yüksək etimadı doğrultmaq, seçki marafonunu müvəffəqiyyətlə başa vurmaq üçün əlindən gələni edəcəkdir. YAP isə bütün gücü və seçki təcrübəsi ilə onların arxasındadır, sonadək dəstəkləyir və bu mühüm siyasi kampaniyada uğur arzulayır!

 
  • Oxunub:  2280  |  
  • Tarix:  11-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA