Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib

YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib

13.12.2019 [10:05]

Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə hazırdır, sadəcə olaraq, namizədlər irəli sürüldükdən sonra digər proseslərə başlanılacaq.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, YAP 126 nəfər səlahiyyətli nümayəndə və bir nəfər maliyyə məsələləri üzrə nümayəndənin adını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib: “MSK artıq bunu təsdiq edib. Yalnız partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb. Bununla bağlı işlər aparılır, proses gedir və bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik və siyahını da Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.
İcra katibi əlavə edib ki, Yeni Azərbaycan Partiyasının kifayət qədər potensialı və seçki təcrübəsi var: “Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib”.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31