Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatında bələdiyyə seçkilərində iştirak edən qadın namizədlərlə görüş keçirilib

YAP Abşeron rayon təşkilatında bələdiyyə seçkilərində iştirak edən qadın namizədlərlə görüş keçirilib

12.12.2019 [09:47]

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatında YAP tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bələdiyyə seçkilərinə hazırlıqdan bəhs açıb. B.Vəliyev YAP-ın qələbələr partiyası olduğunu vurğulayaraq qarşıdan gələn bələdiyyə seçkisində də qələbə əldə olunacağına əminliyini ifadə edib. Bələdiyyələrin formalaşmasında, onun inkişafında Yeni Azərbaycan Partiyasının rolunun olduqca böyük olduğunu dilə gətirən YAP Abşeron rayon təşkilatının sədri Azərbaycanda bələdiyyə sisteminin inkişafı prosesindən danışıb. Natiq bilidirb ki, bələdiyyələrin əsas vəzifəsi xalqın rifahının təmin olunmasında əsaslı rol oynamaqdır: “Qadınlarımız rayonun ayrı-ayrı yaşayış məntəqələrində geniş təbliğat işlərinin aparılmasında fəal iştirak edirlər. Ümumiyyətlə, rayonun iqtisadi, sosial-ictimai həyatında hər zaman fəal rol oynayan qadınlarımızın qarşıdan gələn bələdiyyə seçkilərində parlaq qələbə qazanacaqlarına inanırıq”.
Çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycanın inkişafından, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin uğurlarından danışıb. Qarşıdan gələn bələdiyyə seçkilərində qadınların fəallığının artırılmasının vacibliyi vurğulanıb.
Daha sonra çıxış edən YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyibə Hüseynova, YAP Abşeron rayon təşkilatının sədr müavini Könül İbrahimova, o cümlədən YAP Abşeron rayon təşkilatının seçki qərargahının üzvləri Nazilə Məmmədova və Rəmziyyə Heydərova dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Abşeron rayon təşkilatının seçki qərargahının gördüyü işlərdən, YAP üzvü olan qadınların rayonun ictimai-siyasi həyatındakı rolundan danışıblar. Qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş qadınların qələbə qazanacağına əminlik ifadə olunub.

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30