Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yevlax rayonunun Gülövşə kənd bələdiyyəsinə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib

Yevlax rayonunun Gülövşə kənd bələdiyyəsinə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib

12.12.2019 [09:42]

Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Belə ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonunun Gülövşə kənd bələdiyyəsinə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Yevlax rayon şöbəsinin üzvü, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev seçkilər barədə geniş məlumat verib. Bildirilib ki, Yevlax rayonu ərazisində fəaliyyət göstərən 2 seçki dairəsi üzrə qeydə alınmış seçicilərin sayı 59666 nəfərdir. Dekabırn 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində 48 saylı Yevlax Seçki Dairəsindən 9 bələdiyyədə 89 nəfər, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində isə 20 bələdiyyədə 178 nəfər bələdiyyə üzvləri seçilməlidir. Seçki Məcəlləsinə uyğun olaraq 29 bələdiyyənin tərkibində mövcud olan ümumilikdə 267 yerə 267 nəfər partiya fəalının namizədliyi irəli sürülüb.
“İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. Çünki seçkilərə “Xalq üçün” şüarı ilə gedən partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir”, - deyə Rafiq Əliyev əlavə edib.
Görüşdə həmçinin təbliğat qrupunun üzvləri Əminə Əhmədova, Məmmədəli Yusibov, Tünzalə Şabanova və başqaları çıxış edərək bələdiyyələrin əhəmiyyətindən danışıblar. Natiqlər əmin olduqlarını bildiriblər ki, yevlaxlı seçicilər bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30