Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər

YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər

07.12.2019 [10:20]

Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Dünən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib. R.Hüseynov təbliğat kampaniyasının da uğurla davam etdirildiyini dilə gətirib: “Bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır. Sumqayıt bələdiyyəsi üzvlüyünə irəli sürülən şəxslər şəhərimizdə kifayət qədər fəal və tanınmış şəxslərdir. İnanırıq ki, dekabrın 23-də Sumqayıt seçiciləri Ümummilli Lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcəklər. Mən şəhər sakinlərini Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
Çıxış edən YAP-ın Sumqayıt bələdiyyəsinə namizədi Sultan Əsədov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərdiyini deyib.
YAP-ın Sumqayıt bələdiyyəsinə namizədi Musa Həsənov da Yeni Azərbaycan Partiyasının hər zaman ölkədə keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazandığını diqqətə çatdırıb. Çıxış edən digər namizədlər Cəmilə Fəyyaz, Nərminə Mehdiyeva, Tərlan Hacızadə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30