Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Abşeronda YAP-ın yaranmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib

Abşeronda YAP-ın yaranmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib

20.11.2019 [10:06]

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatında partiyanın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev partiyanın yaranma tarixi, keçdiyi çətin və şərəfli mübarizə yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
B.Vəliyev vurğulayıb ki, Azərbaycan siyasi mühitinin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır.
O, Yeni Azərbaycan Partiyasının öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirdiyini qeyd edib: “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib”.
Sədr əlavə edib ki, Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib.
Sonra tədbirdə YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyibə Hüseynova, YAP Abşeron rayon təşkilatının sədr müavini Könül İbrahimova, şura üzvü Vahid Əliyev və YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəyev çıxış edərək partiyanın ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətlərindən bəhs ediblər.
Bildirilib ki, ötən illər ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30