Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yevlax rayon təşkilatı Beynəlxalq Ahıllar Günü ilə bağlı sosial aksiya keçirib

YAP Yevlax rayon təşkilatı Beynəlxalq Ahıllar Günü ilə bağlı sosial aksiya keçirib

02.10.2019 [09:25]

Hər il oktyabrın 1-i dünyada, o cümlədən ölkəmizdə Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixdə respublikanın şəhər və rayonlarında yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edilir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirilir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bir-birindən əhəmiyyətli sosial layihələri ilə diqqət çəkən Yeni Azərbaycan Partiyası (YAP) bu mühüm tədbirlərdə xüsusi fəallıq nümayiş etdirir.
Qeyd edək ki, partiyamız bu il də ənənəsinə sadiq qalıb. Öz növbəsində Yeni Azərbaycan Partiyası tərəfindən başladılmış sosial aksiyaya YAP Yevlax rayon təşkilatı da qoşulub. Belə ki, YAP Yevlax rayon təşkilatının və rayon təşkilatı Gənclər Birliyinin fəalları rayon ərazisində yaşayan bir qrup ahıl sakinlə görüşüb, onların qayğıları ilə maraqlanıb və onlara sovqatlar aparıblar.
İrəli sürülmüş təşəbbüs ziyarət olunan sakinlər tərəfindən yüksək qiymətləndirilib, layihənin təşəbbüsçüsü və iştirakçılarına minnətdarlıq ifadə olunub.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31