Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tovuz rayon təşkilatı yaranmasının 26-cı ildönümünü qeyd edir

YAP Tovuz rayon təşkilatı yaranmasının 26-cı ildönümünü qeyd edir

27.07.2019 [01:33]

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının yaranmasının 26-cı ili tamam olur. Bu münasibətlə rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında rayon Şurası üzvlərinin iştirakı ilə tədbirlər keçirilib. Şəhriyar küçəsi, Səməd Vurğun küçəsi, Tovuz şəhər 1 saylı ərazi, Avaztəpə ərazisi və digər ilk partiya təşkilatlarında keçirilən yığıncaqlarda rayon təşkilatının keçdiyi yol barədə ətraflı məlumat verilib, eyni zamanda ilk partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışılıb, partiya üzvləri ilə partiya həyatının müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.
YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, rayon təşkilatı İdarə Heyətinin üzvü Fərman Qurbanov və Gənclər Birliyinin sədri Nihad Pənahov rayonda ilk təsis olunmuş Hunanlar kənd ərazi təşkilatında partiya üzvləri ilə görüşüb, təşkilatın yaranmasında iştirak etmiş partiya üzvlərinə baş çəkiblər. Görüşlərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasından sonra ölkənin hər yerindən partiyaya dəstək verilməsi, sürətli təşkilatlanma prosesinin getdiyi, o cümlədən Hunanlar kəndində bu sahədə fədakarlıq göstərən insanların xidmətləri bir daha xatırlanıb, eyni zamanda ərazi təşkilatlarının daha da gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Keçirilən tədbirlərdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, eləcə də partiya həyatında xidmətləri olmuş üzvlərə Fəxri fərmanlar, qiymətli hədiyyələr verilib.

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31