Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sədərək rayonunda Milli Qurtuluş Günü qeyd edilib

Sədərək rayonunda Milli Qurtuluş Günü qeyd edilib

13.06.2019 [09:35]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Tariximizin şanlı səhifələri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov deyib ki, hər bir xalqın tarixində milli qurtuluş və oyanış məqamları vardır. 1993-cü ilin 15 iyunu da belə tarixi anlardandır. Həmin gün Azərbaycan xalqı təhlükə qarşısında olan dövlətini xilas etmək üçün şərəfli həyatını bütünlüklə xalqının və dövlətinin inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqının israrlı tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində, həqiqətən də, dönüş nöqtəsi oldu.
Arif Qasımov vurğulayıb ki, qədirbilən xalqımızın tarixi yaddaşına həkk olunmuş Milli Qurtuluş Günü ölkəmizin hər yerində Ümummilli Liderimiz Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, xalqa göstərdiyi təmənnasız, fədakar xidmətə verilən böyük qiymət və minnətdarlıq hissi ilə qeyd olunur.
Tədbirdə YAP Sədərək rayon təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, YAP Sədərək rayon təşkilatı Gənclər Birliyinin sədri Polad Rzazadə, YAP üzvləri Asya İmamverdiyeva və Elçin Nadirli çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.
Şagirdlər 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər deyiblər. Tədbirdə yeni üzvlərə vəsiqələr təqdim olunub.
Tariximizin şanlı səhifələrindən bəhs edən film də göstərilib.

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31