Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib

02.05.2019 [09:37]

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Milli Məclisin deputatlarının, rayon icra hakimiyyəti təmsilçilərinin, kütləvi informasiya vasitələri əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər Heydər Əliyev Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Bildirilib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, “Əsrin müqaviləsi” imzalandı. Bundan başqa, milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, Azərbaycan informasiya blokadasından çıxarıldı. Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırıldı.
Vurğulanıb ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilənlərə vəsiqələr, partiyanın işində xüsusi fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar və diplomlar təqdim edilib.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30