Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / "Siyasi PR" təlimləri başa çatıb

"Siyasi PR" təlimləri başa çatıb

13.11.2009 [09:55]

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin kurslarda iştirak edən üzvlərinə sertifikatlar verilib
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin bir qrup üzvü “Siyasi PR” təlimlərində iştirak edib. YAP GB və GRBS-nin birgə layihəsi olan “Siyasi PR” təlimlərinin birinci mərhələsi oktyabrın 14-16-da, ikinci mərhələsi isə noyabrın 2-5-də keçirilib. Beləliklə, iki mərhələdən ibarət təlim kursu başa çatıb və dünən kurslarda iştirak edənlərə sertifikatlar təqdim edilib. Təqdimetmə mərasiminə GRBS-nin həmtəsisçisi Bəhram Qurbanov və YAP GB-nin sədr müavini Samirə Quliyeva iştirak edib.
GRBS-nin həmtəsisçisi və idarəedici direktoru Bəhram Qurbanov bildirib ki, bu layihənin məhz onların şirkəti ilə reallaşmasından qürur hissi keçirir: “çünki bu partiyanı ümummilli lider Heydər Əliyev yaradıb və vaxt keçdikcə dərk edirik ki, Ulu öndər gənc nəslə necə böyük sərvət qoyub. Odur ki, biz bu ölkədə, dövlətdə öz rolumuzu, missiyamızı dərk etməliyik. Bu bir həqiqətdir ki, qloballaşan dünyada bizimlə hesablaşırlar”.
B.Qurbanov təlim kurslarının bundan sonra da davam edəcəyini vurğulayıb. YAP GB-nin QHT-lərlə iş üzrə şöbə müdiri Səbuhi Abbasov bildirib ki, təlim kursları gənclərin siyasi bilik və bacarıqlarının üzə çıxarılması və inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir. YAP GB-nin üzvləri bu fürsətdən yararlanıb. GRBS Tədris Mərkəzinin PR üzrə müşaviri Aytən Əliyeva təlim prosesindən danışaraq, YAP-ın üzvü olan gənclərlə işləməyin maraqlı olduğunu vurğulayıb. A.Əliyeva YAP Gənclər Birliyinin üzvlərinin təlim prosesində öyrəndiklərindən məharətlə istifadə edəcəklərinə ümid etdiyini də bildirib.
YAP GB-nin sədr müavini Samirə Quliyeva isə təlim kurslarını yüksək qiymətləndirərək bu tip tədbirlərin davamlı olacağını qeyd edib.
RUHİYYƏ

Paylaş:
Baxılıb: 1121 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30