Ana səhifə »  YAP xəbərləri »  Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib

Əli Əhmədov: Biz gənclərimizlə qürur duyuruq, onların dövlətçiliyə, Prezidentin siyasətinə olan sədaqətinə inanırıq
Fevralın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, fevralın 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iştirakı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə respublika toplantısı keçirildi, toplantıda dövlətimizin başçısı gənclərə dəyərli tövsiyələrini verdi, onların dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdı: “Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə ictimaiyyət ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bir halda ki, dövlət siyasətinin əsas qayəsini insanlara qayğı təşkil edir, onlarla dialoq mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident çox tez-tez Azərbaycanın müxtəlif güşələrinə səfər edir və vətəndaşlarla görüşür, onlarla dialoq qurur ki, istək və arzularını öyrənsin və bunu həyata keçirilən siyasətdə nəzərə alsın. Bu mənada gənclərlə olan görüş də xüsusi önəm təşkil edir”.
Əli Əhmədovun sözlərinə görə, partiyamızın gəncləri cəmiyyətimizin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər: “Gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər. YAP gənclərinin xarakterini vurğulayarkən vətənpərvərlik, fəallıq, ictimai-siyasi proseslərdə iştirakçılıq xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır. Onlar cəmiyyətdəki yerini və rolunu yaxşı bilir və öz rollarını qiymətləndirməyi bacarırlar. Bununla da, biz gənclərin simasında gələcəyin qurucularını görə bilirik. Bilirsiniz ki, ölkəmizdə əhalinin sayı hər il təxminən 100 min nəfər artır. Bu fakt əhalinin tərkibində gənclərin çəkisinin nə qədər böyük olduğunu göstərir. Bu həmçinin o deməkdir ki, gənclər nə qədər böyük potensiala malikdir və ölkənin gələcəyi gənclərin tutduğu mövqedən nə qədər asılıdır. Azərbaycan hökuməti bu reallıqları düzgün qiymətləndirir və buna uyğun olaraq da Azərbaycan Prezidenti tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Dövlətimiz gənclərin inkişafı, yüksək bilik və bacarıqlar əldə etməsi, onlar üçün layiqli həyat şəraitinin yaradılması üçün bütün zəruri addımları atır. Bu siyasət öz bəhrəsini verir. Gənclər bu siyasəti yüksək qiymətləndirir və onlara göstərilən diqqəti cənab Prezidentin siyasətinə və dövlətə sədaqətləri ilə təsdiq edirlər”.
Əli Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması bizi sevindirir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Partiyamızın 700 mindən çox üzvü var və onların 40 faizə qədəri gənclərdən ibarətdir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Eyni zamanda, hesab edirəm ki, gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar. Gənclərimiz YAP-a daxil olmaqla, partiyamızın siyasətini dəstəkləyir, partiyanın gücünə imkanları daxilində töhfə verirlər.
Eyni zamanda, təbii ki, gənclər YAP-ın sıralarında olmaqla öz fəallıqlarını cəmiyyətə təqdim edir, özlərini tanıdırlar. Bu da partiyamıza daxil olan gənclərimiz üçün çox əhəmiyyətlidir. Çünki bu gənclər YAP-ın sıralarında göstərdikləri ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edib gələcəyin ictimai-siyasi xadimləri kimi sağlam iddialarını ortaya qoymuş olurlar. Biz inanırıq ki, məhz bu gənclərin arasından gələcəyin çox dəyərli ictimai-siyasi xadimləri, həyatımızın bu və digər sahələrində əhəmiyyətli mövqelər tutan vətəndaşları, rəhbərləri yetişəcəklər. Gənclərin əsas vəzifəsi yüksək biliyə, bacarığa, intellektə sahib olmaq, müasir dövrlə ayaqlaşmaq və ölkəmizin inkişafına öz töhfələrini verməkdir.
Beləliklə də, gənclər YAP-ın sıralarına qoşulmaqla özlərinin uğurlu gələcəyi üçün etibarlı meydan əldə edirlər. Təbii ki, həm Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində, həm də bu gün Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasətdə gənclərə nə qədər böyük önəm verildiyi cəmiyyətimizə məlumdur”.
Baş nazirin müavini bildirib ki, biz gənclərimizə Azərbaycanın gələcəyi kimi, gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq. Biz istəyirik ki, gələcəyi quran insanların içərisində gənclər də fəal rol oynasınlar, daha geniş şəkildə bu prosesə öz töhfələrini versinlər. Bu həm də indiki dövrün zəruri tələbatıdır. Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Əli Əhmədov yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.
Əli Əhmədov qazanılan uğurlarla yanaşı, gənclərin qarşısında bir sıra vəzifələrin dayandığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, ən böyük vəzifələrdən biri ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı fəal şəkildə davam etdirməkdir: “Sevindirici haldır ki, gənclər ictimai-siyasi proseslərdə çox fəaldırlar. 2018-ci ilin aprel ayında keçirilən prezident seçkiləri kampaniyasında gənclərimiz çox fəal iştirak etdilər. Biz gənclərin seçki kampaniyasının uğurla başa çatması üçün göstərdikləri fədakarlığı yüksək qiymətləndiririk”.
Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini deyən Əli Əhmədov bildirib ki, son 15 ildə iqtisadiyyatımızın 3 dəfədən çox artması, yoxsulluğun səviyyəsinin 50 faizdən 5 faizə düşməsi, 2 milyona qədər iş yerinin açılması möhtəşəm göstəricilərdir. Digər tərəfdən, modernləşmə siyasətinin həyata keçirilməsi Bakı şəhəri ilə yanaşı, regionların simasının əhəmiyyətli dərəcədə yeniləşməsi ilə müşahidə olunur. Eyni zamanda, bu illər ərzində əhalinin rifahı xeyli dərəcədə yüksəlib: “Amma Azərbaycanın inkişafını gözü götürməyən xarici qüvvələr var. Onlar uğurlarımızdan qıcıqlanır, bizim inkişafımızdan məyus olurlar. İnkişafın qarşısını almaq üçün müxtəlif planlar hazırlayırlar. Bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başa düşüləndir. Başa düşülməyən isə odur ki, ölkəmizin daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edərək vətəndaşları çaşdırmağa çalışanlar var. Bu müxalifət 1992-ci ildə hakimiyyətdə oldu. Onların birillik hakimiyyəti ərzində ölkəmiz dərin sosial-iqtisadi, siyasi böhrana yuvarlandı, Ermənistan daha çox torpaqlarımızı işğal etdi. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız xalqın dəvəti ilə 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün təhlükələr aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı. Bütün bunları ona görə xatırladıram ki, 1992-ci ildə hakimiyyətdə olmuş adamlar bu gün ölkəmizi yenə də həmin problemlərə sürükləmək istəyirlər”.
YAP Sədrinin müavini qeyd edib ki, bu gün sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır: “Azərbaycan demokratik dövlətdir, söz və fikir azadlığı mövcuddur. Ancaq bundan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var. Ölkə müxalifətinin kiçik bir hissəsi olan radikal müxalifət mitinqlərdən qarşıdurma yaratmaq, söz azadlığından isə insanları təhqir etmək üçün istifadə edirlər, mənəvi terrora məruz qoyurlar. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Buna görə də Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər öz həmyaşıdlarına, dostlarına bu həqiqətləri, əsl gerçəkliyi, radikal müxalifətin məqsədlərini izah etməlidirlər”.
Əli Əhmədov bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyən, bundan qorxanlar sosial şəbəkələrdə dövlətimizə qarşı yalan, böhtan və təhqir kampaniyası aparırlar. Onun fikrincə, inkişaf edən, yüksələn Azərbaycanın reallıqlarını təhrif etmək, ona ləkə yaxmaq vicdansızlıqdır: “Həyatımız tələb edir ki, gənclər daha geniş şəkildə bu və ya digər mesajların cəmiyyətə çatdırılmasında sosial şəbəkələrdən daha aktiv istifadə etməlidirlər. Gənclərimiz ölkənin gələcəyinə biganə deyillər və ona görə də ölkəmizdə həyata keçirilən siyasətin uğurlarını sosial şəbəkələr vasitəsilə təbliğ etməlidirlər. Xüsusilə, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin atdığı böhtanlara cavab verməlidirlər. İstərdik ki, bu baxımdan gənclərimiz ön mövqelərdə dayansınlar”.
YAP Sədrinin müavini bildirib ki, biz gənclərimizlə qürur duyuruq, onların dövlətçiliyə, Prezidentin siyasətinə olan sədaqətinə inanırıq: “Gənclər əmin olmalıdırlar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hədəflərindən biri gənclərin hərtərəfli inkişafı və onlara layiqli həyat şəraitinin yaradılmasıdır. Bunun üçün dövlətimiz tərəfindən bütün imkanlar yaradılır. Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti YAP-ın fəaliyyətində də əksini tapır. Partiyamız gənclərin fəallığını təmin etmək, onlara öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün bütün imkanları yaradır. Əmin olmalısınız ki, YAP bundan sonra da sıralarında birləşən gənclərin inkişafı üçün ən böyük platformadır və partiyamızın əzəmətli resursları gənclərin inkişafı üçün hər bir imkanı təmin edir”, - deyən Əli Əhmədov bu ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. O, seçkilərdə gənclərin fəal iştirak etməsinə partiyanın maraqlı olduğunu bildirib. “Biz istəyirik ki, gənclər bələdiyyə seçkilərində fəal təmsil olunmaqla, ictimai-siyasi proseslərdə daha fəal iştirak etsinlər”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Daha sonra tədbirdə Bakı Dövlət Universitetinin tələbəsi Ceyla Həsənzadə, Bakı Slavyan Universitetinin tələbəsi Şirin Hüseynzadə, Sumqayıt Dövlət Universitetinin tələbəsi Teymur Aslanlı və Bakı Ali Neft Məktəbinin tələbəsi Fərdin Vətəni çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından danışıblar.
Qeyd olunub ki, Azərbaycanın inkişafını gözü götürməyən bəzi dairələrin sosial şəbəkələr vasitəsilə yalan və böhtan kampaniyası heç bir nəticə verməyəcək. Çünki Azərbaycan xalqı, o cümlədən gənclər Prezident İlham Əliyevin ətrafinda sıx birləşiblər. Azərbaycan gəncliyi öz prinsipial mövqeyi ilə həmin dairələrə qarşı sözünü deyəcək.
Nardar BAYRAMLI

 
  • Oxunub:  12210  |  
  • Tarix:  06-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA