Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib

YAP Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib

19.01.2019 [10:10]

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 1988-1993-cü illərdə ölkədə hökm sürən hərc-mərclikdən danışıb. Məruzəçi Azərbaycanın dövlət müstəqilliyinin təhlükə qarşısında olduğu bir zamanda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət edildiyini və Ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin xaos və anarxiyadan xilas olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi palitrasına qədəm qoyan YAP tarixi zərurətdən yaranıb və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz uğurlarını davam etdirir. Partiyanın sıralarının gündən-günə genişləndiyini vurğulayan R.Nağıyev YAP Gədəbəy rayon təşkilatının 1993-cü il yanvarın 22-də yarandığını deyib. Hazırda YAP Gədəbəy rayon təşkilatının 6078 nəfər üzvü olduğunu söyləyən R.Nağıyev bunlardan 2250 nəfərinin gənclər, 2036 nəfərinin isə qadınlar olduğunu deyib. Partiya rayon təşkilatının 80 ərazi ilk partiya təşkilatı mövcuddur.
Daha sonra tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət Əliyeva, YAP Gədəbəy rayon təşkilatı Gənclər Birliyinin sədri Alim Verdiyev və başqaları partiya rayon təşkilatının uğurlu fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31