Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tərtər rayon təşkilatı Şurasının iclası keçirilib

YAP Tərtər rayon təşkilatı Şurasının iclası keçirilib

05.01.2019 [10:11]

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Şurasının iclası keçirilib. İclasda çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov öncə yığıncağın gündəliyi haqqında məlumat verib, rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışıb.
Çıxışında, həmçinin ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm uğurları barədə də məlumat verən natiq bildirib ki, bundan öncəki illər kimi 2018-ci il də Azərbaycanın inkişaf tarixində mühüm uğurlarla yadda qalacaq. Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri 2018-ci ilin Yeni Azərbaycan Partiyası üçün də uğurlu il olduğunu vurğulayaraq qarşıdakı illərdə bu uğurların artaraq davam edəcəyinə əminliyini ifadə edib.
Daha sonra Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının 2019-cu ilə dair İş və Tədbirlər planlarının da təsdiq olunması barədə qərar qəbul edilib.
İclasda çıxış edən YAP Tərtər rayon təşkilatı Şurasının üzvü Əli Əliyev, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov, rayon təşkilatının Şura üzvləri Gülarə Əkbərova və Surxay Mirzəyev, həmçinin YAP Tərtər rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Xeyri Həcər gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər.
İclasa yekun vuran rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, cari ildə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Odur ki, rayon təşkilatı, ərazi ilk partiya təşkilatları bu vacib siyasi əhəmiyyət kəsb edən seçkiyə ciddi hazırlaşmalıdırlar.

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30