Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müasir müstəqil Azərbaycan bütün dünyada yaşayan soydaşlarımız üçün inam və ümid mənbəyidir

Müasir müstəqil Azərbaycan bütün dünyada yaşayan soydaşlarımız üçün inam və ümid mənbəyidir

26.12.2018 [09:30]

Dekabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının, Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, təşkilatın sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Həmrəylik Gününün tarixi barədə danışıb. Bildirib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. O, XX əsrin 90-cı illərinin əvvəllərində azərbaycançılıq və milli həmrəylik ideyalarının daha geniş vüsət aldığını, Naxçıvanda baş verən hadisələrlə müstəqillik uğrunda şərəfli mübarizənin təməlinin qoyulduğunu bildirib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışan Şəmsəddin Hacıyev bildirib ki, müasir müstəqil Azərbaycan bütün dünyada yaşayan soydaşlarımız üçün inam və ümid mənbəyidir.
Milli Məclisin deputatı dahi şəxsiyyət Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafından, respublikamızın bütün sahələrdə, o cümlədən milli səhiyyə sistemində qazandığı nailiyyətlərdən söhbət açıb. Ş.Hacıyev qeyd edib ki, dövlətimizin başçısının 15 illik prezidentliyi dövründə Azərbaycanın regional və beynəlxalq nüfuzu artıb, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənib, ölkəmiz dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib. Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb.
Sonra Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş şəxslərə vəsiqələr təqdim edilib.
Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30