Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tovuzda YAP-ın yaranmasının 26-cı ildönümü qeyd edilib

Tovuzda YAP-ın yaranmasının 26-cı ildönümü qeyd edilib

21.11.2018 [08:40]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə Tovuz rayonunda təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.
Tovuzdakı Heydər Əliyev Mərkəzində davam edən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq YAP-ın ötən 26 ildə keçdiyi şərəfli inkişaf yolu barədə geniş məlumat verib. Onun sözlərinə görə, YAP yarandığı gündən çox böyük uğurlara imza ataraq xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP Azərbaycanda sabitliyin və milli həmrəyliyin yaranması, ölkəmizin inkişaf yoluna çıxarılması və dinamik inkişafı və Azərbaycanın regionun lider dövləti olaraq dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə öz töhfəsini verib. M.Məmmədov YAP-ın bu gün də partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərərək ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olduğunu bildirib.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov isə deyib ki, Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinə və siyasətinə sədaqətdə dönməz və sadiqdirlər.
Sonra tədbirdə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi İdrak Tağıyev və Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirli çıxış ediblər. Tədbirdə bir qrup partiya veteranlarına və fəallarına qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30