Ana səhifə »  YAP xəbərləri »  Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı ötən 25 ildə uğurlu fəaliyyəti ilə seçilib
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı ötən 25 ildə uğurlu fəaliyyəti ilə seçilib

1992-ci ildə Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası (YAP) müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin olunması naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən partiya kimi yaradılıb. YAP Naxçıvan şəhər təşkilatının təsis konfransı partiyanın yaranmasından, təqribən, bir il sonra 1993-cü il noyabrın 5-də keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər YAP Naxçıvan şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
YAP Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli tədbirdəki çıxışında “Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının keçdiyi tarixi yol və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.
Bildirilib ki, təşkilatı hələ yaradılarkən artıq ciddi siyasi qüvvə kimi formalaşmış hesab etmək olardı. Belə ki, təsis konfransını 70 ərazi ilk təşkilatından seçilən 420 nəfər nümayəndə ilə keçirən Naxçıvan şəhər təşkilatı hələ o zaman öz sıralarında 5200 nəfər üzvü birləşdirirdi. 1993-cü ilin iyun ayında ölkədə siyasi hakimiyyət böhranı şəhər partiya təşkilatının təsis konfransını bir qədər yubatmışdı. Təşkilat təsis edilərkən Ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş, başqa sözlə, partiya çox qısa müddətdə müxalifət təşkilatından iqtidar partiyasına çevrilmişdi.
“2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ilin martında partiyanın III Qurultayında YAP-ın Sədri seçilən İlham Əliyev Ona bəslənilən bütün ümidləri doğruldub. Dövlətimizin başçısının rəhbərliyi altında bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir”, - deyən Elman Cəfərli qeyd edib ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Vurğulanıb ki, zamanın sınağından uğurla çıxmış Heydər Əliyev siyasəti bu gün Naxçıvanda da qətiyyətlə davam etdirilir. Ötən illər muxtar respublikada da sürətli sosial-iqtisadi inkişaf və elmi-mədəni intibah dövrü kimi muxtariyyət tarixinin ən şanlı səhifəsini təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun muxtar respublikaya uğurlu rəhbərliyi Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə dönməz sədaqətin bariz nümunəsidir.
YAP Naxçıvan şəhər təşkilatının sədri diqqətə çatdırıb ki, inkişaf proseslərində YAP Naxçıvan şəhər təşkilatının üzvləri də yaxından iştirak ediblər. Hazırda 17 min 820 üzvü olan təşkilatın sıralarında 9 min 398 qadın, 10 min 850 gənc təmsil olunur. Təkcə son iki ildə təşkilatda partiyaya 2036 üzv qəbul edilib ki, bunların da 1180-i qadın, 1990-ı gənclərdir. YAP Naxçıvan şəhər təşkilatının 2 üzvü Azərbaycan Respublikası Milli Məclisinin, 19 üzvü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Üzvlərin 2-si akademik, 5-i AMEA-nın müxbir üzvü, 26-sı elmlər doktoru, 162-si fəlsəfə doktorudur.
Məruzə ətrafında YAP Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, təşkilatın Gənclər Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyev, YAP Naxçıvan şəhər təşkilatının Şura üzvü Könül Mirzəyeva çıxış edərək, əqidə həmkarlarına təbriklərini çatdırıblar.
YAP Naxçıvan şəhər təşkilatı İdarə heyətinin üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov YAP-ın keçdiyi uğurlu yola qısa nəzər salıb, təşkilat üzvlərini yubiley münasibətilə təbrik ediblər.
Tədbirdə bir qrup veteran partiya üzvünə YAP Naxçıvan şəhər təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələr verilib, partiyaya yeni qəbul olunmuş gənc üzvlərə partiya vəsiqələri və oxunması zəruri olan kitablar təqdim olunub.
Sonda tədbir iştirakçıları YAP-ın fəaliyyətinə həsr olunan filmə baxıblar.

 
  • Oxunub:  6900  |  
  • Tarix:  07-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA