Ana səhifə »  YAP xəbərləri »  Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yaranan, bütün sınaqlardan uğurla çıxan və Azərbaycana böyük nailiyyətlər qazandıran əzəmətli siyasi təşkilatdır
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası zamanın tələbi ilə yaranan, bütün sınaqlardan uğurla çıxan və Azərbaycana böyük nailiyyətlər qazandıran əzəmətli siyasi təşkilatdır

Əhliman Tağıyev
Yeni Azərbaycan Partiyası
Yasamal rayon təşkilatının
Şura üzvü

 

Siyasi təşkilatların təşəkkül tapması, tarixilik qazanması üçün zamana ehtiyac var. Zaman hər şeyi yerbəyer edir. Dayaqları olmayan, diktələr, korporativ maraqlar əsasında hansısa diletantlar tərəfindən süni şəkildə formalaşdırılan qurumlar, təbii ki, heç yaşamaq iqtidarında da olmurlar və tez də sıradan çıxıb, unudulurlar. Zamanın tələbi, cəmiyyətin sosial sifarişi ilə müdrik, təcrübəli, milli ruhlu siyasi xadimlər tərəfindən yaradılan təşkilatların, o cümlədən də partiyaların isə ömrü uzun olur, belə qurumlar bir növ əbədiyaşarlıq qazanırlar. Biz bunu Yeni Azərbaycan Partiyasının (YAP) timsalında bir daha görürük.
Ötən əsrin 90-cı illərinin əvvəlində, Azərbaycanın müstəqilliyinin ilk illərində xalqı öz ətrafında yumruq kimi birləşdirəcək, cəmiyyəti öz arxasınca aparacaq bir liderin və partiyanın bütün ölkə miqyasında siyasi fəaliyyət arenasına çıxmasına böyük ehtiyac var idi. Belə bir möhtəşəm siyasi qüvvə xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası oldu. Ulu öndər Heydər Əliyevin xeyir-duası və rəhbərliyi ilə həyata vəsiqə qazanan YAP yarandığı gündən etibarən ölkəmizin son onilliklərdə nail olduğu ən böyük uğurların carçısına çevrildi. Xalqımızın müqəddəs arzularının, sabaha olan ümidlərinin, müstəqilliyinin və azadlığının təminatçısı kimi yaranan Yeni Azərbaycan Partiyası ötən illər ərzində ümidləri bütünlüklə doğruldub, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib. Ulu öndər Heydər Əliyevin təbirincə desək, “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və xalqımızın həyatında keyfiyyətcə yeni mərhələnin bünövrəsi qoyuldu. Müstəqilliyin əldə edilməsi ölkəmiz qarşısında çox geniş inkişaf perspektivləri açırdı. Bu tarixi hadisənin nəticəsində Azərbaycan xalqı, ilk növbədə, öz həyatını sərbəst və müstəqil qurmaq imkanı qazandı. Yeni, qüdrətli dövlət qurmaq üçün respublikanın müəyyən imkanları mövcud idi. Ölkənin zəngin təbii sərvətləri, iqtisadi, siyasi və mədəni potensialı, əlverişli coğrafi mövqeyi və digər amillər Azərbaycanın regionda və dünyada özünün layiqli yerini tutmasını şərtləndirən vacib faktorlardan idi. Dünyanın aparıcı ölkələrinin regiona, xüsusən də Azərbaycana olan geostrateji maraqları, onların respublikamızla geniş əlaqə qurmağa can atmaları isə müstəqil dövlət quruculuğu prosesinin dinamik şəkildə inkişaf etməsinə əlavə təminatlar yaradırdı.
Ancaq bütün bu üstünlüklərə, potensial imkanlara baxmayaraq, müstəqillik qazanıldıqdan sonra ilk illərdə başlanan dövlət quruculuğu prosesi çox böyük problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bu çətinliklərin bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və hərbi təcavüzə əl ataraq xarici havadarlarının köməyi ilə Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində meydana çıxmışdı. Əslində, ermənilərin bu işğalçılıq siyasətinin arxasında böyük geostrateji maraqlar dayanırdı. Məlumdur ki, erməni millətçilərinin əsrlərlə “Böyük Ermənistan” xülyasına uyaraq Azərbaycan və Türkiyə torpaqlarında erməni dövləti yaratmaq cəhdləri həmişə bölgədə qanlı toqquşmalara səbəb olmuş və düşmən hər dəfə ciddi müqavimətlə üzləşərək layiqli cavabını almışdır. İstər XX əsrin əvvəllərində, istərsə də sovet hakimiyyəti illərində bu cəhdlər mütəmadi xarakter daşımış və məqam düşən kimi erməni separatizmi yenidən baş qaldırmışdır.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, görkəmli dövlət xadimi Heydər Əliyev sovet hakimiyyəti dövründə erməni separatizminin qarşısını qətiyyətlə alırdı. Xalqına möhkəm tellərlə bağlı olan və erməni separatizminə qarşı barışmaz mövqeyi ilə tanınan Ulu öndər Heydər Əliyev 1987-ci ildə SSRİ rəhbərliyindəki tutduğu vəzifədən istefa verdikdən sonra erməni separatçıları növbəti dəfə fəallaşaraq Dağlıq Qarabağ problemini yenidən gündəmə gətirdilər. Ermənistanın havadarlarının, xaricdəki erməni lobbisinin dəstəyinə arxalanaraq respublikamıza qarşı hərbi təcavüzə əl atması Azərbaycanın dövlət müstəqilliyinə, bütövlükdə regional təhlükəsizliyə ciddi təhdidlər yaradırdı.
Sovet İttifaqının dağılması ərəfəsində başda Azərbaycan xalqına qarşı qərəzli mövqedə dayanan M.Qorbaçov olmaqla ozamankı SSRİ rəhbərliyi Cənubi Qafqazda öz təsir imkanlarını saxlamaq üçün milli separatizmi qızışdırmış, Dağlıq Qarabağ, Abxaziya və digər münaqişə ocaqları yaratmış, mərkəzin siyasi məqsədlərini reallaşdıra biləcək şəxsləri Azərbaycanda və Gürcüstanda hakimiyyətə gətirmişdi. Həmin dövrdə etnik separatizmin və digər anti-Azərbaycan planların qarşısını ala biləcək Heydər Əliyev kimi görkəmli şəxsiyyət bütün proseslərdən təcrid edilmiş, xalq hərəkatının rəhbərliyində səbatsız şəxslərin təmsil olunması üçün əlverişli şərait yaradılmışdı. Əslində, elə bir mühit formalaşdırılmışdı ki, siyasi hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanda gedən proseslər keçmiş imperiyanın maraqlarına cavab verirdi. Müstəqil dövlət quruculuğu prosesinə ciddi maneə yaradan amillərdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyətdə təmsil olunmaları ilə bağlı idi. Milli mənafelərimizə biganə münasibət bəsləyən, dövlətçilik və idarəçilik səriştəsi olmayan, yalnız öz şəxsi maraqlarını düşünən həmin siyasi qüvvələr müstəqil Azərbaycan dövlətinin inkişaf perspektivləri haqqında heç bir konkret təsəvvürə və proqrama malik deyildilər.
1990-cı ilin 20 yanvarında Azərbaycan xalqının müstəqil yaşamaq iradəsini qırmağa çalışanlar A.Mütəllibovu hakimiyyətə gətirə bildilər. Lakin bu şəxs yeni dövrün siyasi lideri tələblərinə cavab vermirdi. Ancaq o, mərkəzin, yəni Moskvanın əsas göstərişlərinə əməl etməyə canla-başla hazır idi. Çox keçmədi ki, səriştəsiz və düşünülməmiş siyasəti ilə Azərbaycan xalqının nifrətini qazanan və milli maraqların mahiyyətini belə anlamayan A.Mütəllibov hakimiyyəti birdəfəlik tərk etmək məcburiyyətində qaldı. Həmin siyasi hakimiyyət Azərbaycan cəmiyyəti üçün çoxsaylı mürəkkəb problemlər miras qoymaqla tarixin arxivinə atıldı.
Bəhs olunan dövrdə cəmiyyətdə hökm sürən qeyri-müəyyənlik və özbaşınalıq siyasi hakimiyyəti ələ keçirmək niyyəti güdən müxtəlif təmayüllü qüvvələrin dağıdıcı fəaliyyəti üçün münbit şərait yaratdı. Beləliklə, ölkədəki böhrandan yararlanan Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti zəbt etdi. Təsadüfi və idarəetmə təcrübəsi olmayan şəxslərin müstəqilliyə yenicə qovuşan respublikanın siyasi hakimiyyətində təmsil olunmaları çox keçmədən özünün ağır fəsadlarını qabarıq şəkildə göstərdi. AXC-”Müsavat” hakimiyyəti özünün səriştəsizliyi ucbatından yaratdığı sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranın aradan qaldırılması yollarını axtarıb tapmaq əvəzinə, sağlam təfəkkürə sığmayan əməllərə rəvac verməyə başladı. Cəbhə hakimiyyəti Azərbaycanda Özünün zəngin dövlətçilik təcrübəsinə görə böyük nüfuza malik Heydər Əliyevə qarşı siyasi təqib yolunu tutdu. “Meydan qəhrəmanları” çox tez bir zamanda öz naşı əməlləri ilə ağır ictimai-siyasi, iqtisadi və hərbi problemlərin girovuna çevrildilər. AXC-”Müsavat” rəhbərliyinin təcrübəsizliyi və kobud səhvləri Azərbaycanda müstəqil dövlət quruculuğu prosesini xeyli ləngitdi və torpaqlarımızı zəbt edən Ermənistana layiqli cavab verilməsini çətinləşdirdi.
AXC-“Müsavat” hakimiyyətinin səriştəsiz idarəçiliyi nəticəsində yaranmış sosial-iqtisadi böhran, getdikcə dərinləşən xaos və anarxiya ölkənin qabaqcıl ziyalılarını narahat etməyə bilməzdi. Respublikanı belə çətin durumdan yalnız böyük və zəngin dövlətçilik təcrübəsinə malik olan, xalqını sevən müdrik dövlət xadimi Heydər Əliyevin xilas edə biləcəyini düşünən qabaqcıl ziyalılar Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinə nail olmağa çalışırdılar. Əslində, Ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə gəlməsi ilə bağlı getdikcə güclənən çağırışlar xalqın, cəmiyyətin sosial sifarişi idi. Ölkə vətəndaşları Ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışını əngəlləməyə çalışan və bunun üçün müxtəlif üsullardan yararlanmaq istəyən respublikanın o vaxtkı yarıtmaz rəhbərlərinin qeyri-demokratik addımlarına qarşı etiraz səslərini qaldırırdılar. İnsanlar Onun respublikanın siyasi rəhbərliyinə qayıtması tələbində qətiyyətlə israr edirdilər. Başda ziyalılar olmaqla ölkə ictimaiyyəti Heydər Əliyevin böyük siyasətə qayıdışına mane olmaq məqsədilə Mütəllibov hakimiyyəti tərəfindən ortaya atılmış “yaş senzi” ilə bağlı qondarma qanunun ləğv edilməsinə nail olmağa çalışırdı. Paytaxt Bakıda, bölgələrdə keçirilən mitinqlərdə insanlar tez bir zamanda yaş senzinin ləğv edilməsini, vaxt itirmədən Heydər Əliyevin siyasi rəhbərliyə gətirilməsini və Onun xalq arasındakı böyük nüfuzundan milli məsələlərin həllində istifadə edilməsinin vacibliyini bildirirdilər. Gündən-günə pisləşən ictimai-siyasi vəziyyət, vətəndaş itaətsizliyinin, sosial-iqtisadi böhranın dözülməz həddə çatması xalqın haqlı tələbini daha da gücləndirirdi.
Sözsüz ki, nə Mütəllibov, nə də AXC-“Müsavat” hakimiyyətləri Heydər Əliyevin nüfuzunu, ölkə əhalisinin Ona olan dərin inamını həzm edə bilmirdi. Onlar Heydər Əliyevi ictimai-siyasi proseslərdən kənarda saxlamaq, Onun xalqla birbaşa təmaslarına imkan verməmək üçün müxtəlif vasitələrə əl atırdılar. Lakin bu vecsiz insanların panik hərəkətlərinə rəğmən, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməyə əsla can atmırdı. Onun yeganə istəyi xalqının xoşbəxt, əmin-amanlıq şəraitində yaşaması, müstəqilliyimizin qorunması idi. O hətta Naxçıvan Ali Məclisinin Sədri olmağa da yerli əhalinin və Ali Məclis üzvlərinin çoxsaylı təkid və xahişlərindən sonra razılıq vermişdi. Həmin vaxt Heydər Əliyevin böyük siyasətə qayıtmaq istəməməsi vaxtilə Onun ədalətsiz şəkildə təzyiq və təqiblərlə üzləşməsi ilə bilavasitə bağlı idi. Sonralar Ulu öndər Heydər Əliyev siyasətdən getmək istəyini xatırlayaraq belə deyirdi: “...O vaxtlar Azərbaycanın aqibəti məni nə qədər narahat etsə də, mən 1986-1987-ci illərdən sonra, xüsusən 1987-ci ildə istefaya gedəndən sonra, ələlxüsus 1988-ci ildə bəzi qrupların mənə qarşı ədalətsiz hərəkətlərini görəndən sonra bir daha siyasət aləminə qayıtmaq istəmirdim. Bir daha dövlət işləri ilə məşğul olmaq istəmirdim. Bu, mənim qəti qərarım, qəti fikrim idi. Mən bunu istəmirdim. Ancaq bir var ki, bu barədə öz şəxsi fikirlərim olsun, biri də var ki, xalqın istəyi, Azərbaycan haqqında düşünən ayrı-ayrı böyük şəxslərin istəyi, fikirləri olsun. Onlar gəlirdilər, müraciət edirdilər. Mən də hər dəfə lazımi məsləhətlər verirdim. Amma özümün bu məsələdə iştirakımdan imtina edirdim”.
Getdikcə ağırlaşan ictimai-siyasi vəziyyət, ardıcıl olaraq torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal olunması müdrik siyasətçi Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə mümkün qədər tez gəlməsi zərurətini gündən-günə daha da aktuallaşdırırdı. Cəmiyyətin aparıcı qüvvələri olan ziyalılar və Azərbaycan xalqının böyük əksəriyyəti proseslərin gedişinə daha rasional yanaşaraq o dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyevin respublikanın siyasi hakimiyyətinə qayıdışını tezləşdirmək və bu prosesin təşkilatlanmış formada aparılmasını təmin etmək üçün Onun adı ilə bağlı siyasi təşkilatın təsis olunmasını da zəruri sayırdılar. Ulu öndərin Özünə bu barədə müraciətlər get-gedə daha intensiv xarakter alırdı. İllər keçdikdən sonra Heydər Əliyev o günləri belə xatırlayacaqdı: “Bu barədə çoxları gəlib mənə müraciətlər edirdi, günlərlə Naxçıvanda vaxt keçirirdilər, mənimlə danışıqlar aparırdılar, belə bir partiyanın yaradılması barədə təkliflər verirdilər... Bütün bu proseslər, eləcə də tək Bakıdan deyil, Azərbaycanın bir çox şəhərlərindən, rayonlarından mənə, Naxçıvana ardı-arası kəsilmədən gələn məktublar elə bir şəraitə gətirib çıxardı ki, mən Yeni Azərbaycan Partiyasının yaranmasına razılıq verdim”.
Beləliklə, aparılan uzunmüddətli danışıqlardan sonra ümumilikdə Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi kimi 91 nəfər tanınmış ziyalı Ulu öndər Heydər Əliyevə müraciət ünvanladı. Müraciət 16 oktyabr 1992-ci il tarixində “Səs” qəzetində dərc olundu. Cəmiyyətdə geniş əks-səda doğuran və ciddi müzakirələrə səbəb olan bu müraciətə Ümummilli liderimizin cavab məktubu müstəqil Azərbaycan dövlətinin gələcək taleyini müəyyənləşdirdi.
Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu cavab məktubunda Azərbaycandakı mövcud böhranın yaranma səbəbləri və siyasi hakimiyyətin xalqımızı faciəli təhlükələrə sürükləməsi faktı konseptual formada şərh olunmuş, ağır vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdi. Məktubun sonunda Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayır və belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan edirdi.
Cəmiyyətdə böyük rezonans doğurmuş bəhs olunan müraciətin ardınca Azərbaycanın gələcəyini düşünən insanların iştirakı ilə respublikanın bütün regionlarında yeni bir siyasi partiyanın təsis konfransına hazırlıq prosesi geniş vüsət aldı. Heydər Əliyev şəxsiyyətinə inanan, ölkənin nicatını yalnız Onun qətiyyətində, müdrikliyində görən vətənpərvər insanlar partiyanın yerli strukturlarının formalaşdırılması işində həvəslə iştirak edirdilər. Bütün ölkə boyunca partiyanın yerli təşkilat komitələrinin təsis edilməsi prosesi dinamik xarakter almışdı. Lakin o dövrdəki hakimiyyət nümayəndələri hər vəchlə Yeni Azərbaycan Partiyasının yaradılmasına əngəl törətməyə çalışır, partiyanın yaradılması prosesində fəallıq göstərən tanınmış ziyalılara qarşı hətta fiziki terrordan belə çəkinmirdilər. Ölkəni fəlakətə sürükləyən yarıtmaz AXC-”Müsavat” iqtidarı yaranmış böhrana, etirazlara, ictimaiyyətin haqlı tələblərinə saymazyana münasibət göstərərək cəfəng bəyanatlarla və xalqın qabaqcıl ziyalılarına qarşı müxtəlif təzyiq üsulları ilə öz ömrünü uzatmağa çalışırdı. Böyük öndərimiz sonralar Öz çıxışlarında bu kimi məqamlara belə münasibət bildirib: “Yeni Azərbaycan Partiyası yaranarkən onun tərəfdarları çox idi. Ancaq onun yaranmasına maneçilik göstərənlər də az deyildi. Xüsusən o zaman, Azərbaycanda çoxpartiyalılıq prinsipinin elan olunmasına baxmayaraq, Yeni Azərbaycan Partiyasının yaranması hakimiyyət dairələri tərəfindən heç də müsbət qəbul edilməmişdir. Buna görə də bu hazırlıq və partiyanın yaranma prosesi bir çox təzyiqlər, hətta təqiblər altında olmuşdur. Ancaq bunlara baxmayaraq, bu partiyanı yaratmaq istəyənlər öz istəklərinə, məqsədlərinə sadiq olmuşlar və bu partiyanı yaratmışlar”.
Həmin dövrdə Bakı şəhərində YAP-ın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən tədbir 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində şaxtalı bir gündə, Naxçıvan Dram Teatrının binasında keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda partiyanın Proqram və Nizamnaməsi qəbul edildi və Heydər Əlirza oğlu Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkənin siyasi gündəmi dəyişdi, Azərbaycanın ictimai-siyasi həyatını yeniləyən qüdrətli bir güc mərkəzi fəaliyyətə başladı. Böyük öndər Heydər Əliyev YAP-ın yaranmasını şərtləndirən amillərin digər partiyaların formalaşması motivlərindən fərqləndiyini bildirirdi.
Gələcək fəaliyyətində ölkənin problemlərinin həllini, müstəqilliyimizin daimiliyini, ölkənin sosial-iqtisadi inkişafını, dövlətçiliyin möhkəmləndirilməsini əsas götürən Yeni Azərbaycan Partiyasının respublikamızın siyasi sistemində aparıcı bir quruma çevrilərək ictimai-siyasi proseslərə istiqamət verəcəyi, bu təşkilatda cəmləşmiş intellektual potensialın xalqımızın taleyüklü məsələlərinin həllində mühüm amil kimi çıxış edəcəyi həqiqət idi. YAP-ın ölkənin ictimai-siyasi həyatına məhz Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətdə bu partiyanın nüfuzunu müəyyənləşdirən ən başlıca amil kimi çıxış edirdi. Digər tərəfdən, cəmiyyət arasında yüksək nüfuza malik ziyalıların bir araya gəldiyi YAP ölkənin bütün regionlarını təmsil edən sosial bazaya əsaslanır, cəmiyyətdəki mövcud ictimai maraqları təmin etməklə özünün, ailəsinin, ümumilikdə xalqının, dövlətinin gələcəyi barədə düşünən bütün Azərbaycan vətəndaşlarının istinad nöqtəsinə çevrilmək, müstəqil Azərbaycana sivil dəyərlər gətirmək, sovet dövrünün sərt qayda və prinsiplərindən yenicə qurtulmuş ölkəmizi mütərəqqi ənənələrlə yeniləşdirmək amalına istinad edirdi.
YAP o dövrdə mövcud hakimiyyətin həyata keçirdiyi səriştəsiz siyasətə tənqidi mövqedən yanaşsa da, indiki radikal müxalifət partiyalarından fərqli olaraq heç vaxt dövlətə qarşı müxalifətdə dayanmayıb. Yenicə formalaşan partiya hakimiyyətin xalqı uçuruma sürükləyən səhv siyasətinə qarşı müxalifətdə idi. Ulu öndər Heydər Əliyev o dövrdə ən böyük siyasi partiyanın rəhbəri kimi aparılan siyasətin düzgün istiqamətə yönləndirilməsi, eləcə də ölkənin problemlərinin həlli üçün o vaxtkı iqtidara Öz köməyini, məsləhət və tövsiyələrini əsirgəmirdi. Bu mənada tam əminliklə deyə bilərik ki, bir çox demokratik dəyərlər kimi, sivil müxalifətçilik ənənələrini də Azərbaycan cəmiyyətinə məhz Heydər Əliyev gətirib.
Qısa dövr keçəcək, zaman XX əsrin yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərdən biri, müdrik siyasətçi olan Heydər Əlirza oğlu Əliyevin üzərinə daha böyük missiya qoyacaq, Ulu öndərimiz 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi əsasında siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın çağdaş tarixində yeni bir şərəfli səhifə açacaqdı.
Qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə qayıdışı ümumxalq istəyinin ifadəsi idi. Amma Yeni Azərbaycan Partiyasının bu prosesdə oynadığı rolun miqyası da danılmazdır. Ulu öndərin qayıdışı partiyanın təsis konfransından keçən qısa müddət ərzində ölkənin ən böyük siyasi güc mərkəzlərindən birinə çevrilmiş YAP-ı da hakimiyyətə gətirdi və bu siyasi təşkilat Azərbaycanda dövlət quruculuğu, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi kimi çıxış etdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın qurtuluşu üçün atdığı məqsədyönlü addımların real nəticələri isə elə ilk günlərdən özünü göstərməyə başladı. Ölkə parçalanmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsi qorxusu, anarxiya, itaətsizlik təzahürləri aradan qaldırıldı, qanunsuz silahlı dəstələr ləğv edildi, respublikada kriminogen vəziyyət nizamlandı, ictimai-siyasi sabitlik bərqərar oldu. Bu siyasət Azərbaycanda demokratik cəmiyyətin əsaslarını formalaşdırmaqla bərabər, insanların gələcəyə olan ümidlərini artırdı, müstəqil dövlətçiliyimizi möhkəmləndirdi. Heydər Əliyevin bir şəxsiyyət və siyasətçi kimi gördüyü işlər sübut etdi ki, proseslərin quruculuq və ya dağıdıcılıq istiqamətlərinə yönəlməsi siyasi liderlərin müdriklik və fəlsəfi təfəkkür tərzindən bilavasitə asılıdır.
Əminliklə söyləmək olar ki, Ulu öndərin parlaq ideyalarına həmişə sadiq qalan YAP artıq öz hədəfinə çatıb, xalqımızı, dövlətimizi 90-cı illərin əvvəllərinin o təlatümlərindən bugünkü aydın, rəvan inkişaf yoluna çıxardıb. Bu mənada Ulu öndər Heydər Əliyevin illər öncəki çıxışlarının birində səsləndirdiyi aşağıdakı fikirlər təkcə bu günlərdə yaradılmasının 26 illiyini qeyd edəcək YAP-a deyil, dövrümüzün müasir, gündən-günə daha da qüdrətlənən, inkişaf edən, beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirən yeni Azərbaycanına ünvanlanmışdır: “Siz artıq fırtınalardan çıxmısınız. Məsələn, adamı atırsan dəryaya ki, görüm nəyə qadirdir. Görürsən ki, o, fırtınalı dənizdən çıxır. Siz artıq bu fırtınalara tab gətirib sahilə çıxmısınız, bərkimisiniz, ayaq üstə möhkəm dayanırsınız. Bundan sonra da beləcə fəaliyyət göstərəcəksiniz, mən buna tamamilə əminəm”.
Ulu öndərimizin “Dünənin, bu günün, gələcəyin partiyası” deyə qiymətləndirdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.
Yeni Azərbaycan Partiyası əbədi liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasına siyasi-mənəvi dayaq olan, Onun adı ilə simvollaşan, məsuliyyət sükanını böyük məharətlə əllərində saxlayan Prezidentimiz cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə həyata keçirdiyi müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan siyasəti nəticəsində dinamik inkişaf edən ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi naminə öz prinsip və amallarına daim sadiq olan möhtəşəm partiyadır.

 
  • Oxunub:  26310  |  
  • Tarix:  25-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

12:54
17 Yanvar
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
12:46
17 Yanvar
Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşıdır
12:33
17 Yanvar
Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyada ilk iclası keçirilib
12:20
17 Yanvar
PA rəsmisi: Azərbaycanda din sahəsində stabil mühit mövcuddur
12:09
17 Yanvar
2018-ci ildə Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub
11:51
17 Yanvar
Azərbaycan ötən il 29,5 milyon tonadək neft və neft məhsulları ixrac edib
11:42
17 Yanvar
Ölkəmizə gələn turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir
11:26
17 Yanvar
Dəyişkən hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu tam rejimdə fəaliyyət göstərir
11:17
17 Yanvar
“Üçüncü günün adamı” filmi “YARAT”da
10:58
17 Yanvar
Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
10:48
17 Yanvar
“Nəsimi ili” Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfədir
10:25
17 Yanvar
Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib
10:22
17 Yanvar
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
10:20
17 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:11
17 Yanvar
Qondarma “Milli şura”nın yanvarın 19-na planlaşdırdığı “mitinq şousu” fiaskoya məhkumdur
10:09
17 Yanvar
Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir
20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA