Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bakıda Avropa Demokratik Gənclər Birliyinin Mərkəzi Şura iclası keçirilib

Bakıda Avropa Demokratik Gənclər Birliyinin Mərkəzi Şura iclası keçirilib

18.09.2018 [09:59]

Sentyabrın 15-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Avropa Demokratik Gənclər Birliyinin (DEMYC) Mərkəzi Şura iclası keçirilib.
Şuranın iclasını açan DEMYC-in sədri Havier Hurtado ilk olaraq Azərbaycana səfər etməkdən məmnun olduğunu bildirərək ölkəmizlə bağlı xoş təəssüratlarını ifadə edib. O, həmçinin YAP Gənclər Birliyi ilə fəal əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
DEMYC-in əməkdaşlıq platforması olduğunu söyləyən Havier Hurtado qurumun Avropanın ən güclü gənclər təşkilatlarından biri olduğunu vurğulayıb. O, daha sonra Şuranın iclasındakı məsələlər barədə məlumat verib. İclasda YAP Gənclər Birliyinin və İCAPP-ın gənclər qolunun nümayəndələrinin də iştirak etdiyini deyən təşkilat sədri bunun gözəl bir əməkdaşlıq platforması olduğunu söyləyib.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər, YAP və onun Gənclər Birliyinin fəaliyyəti haqqında məlumat verib.
Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, DEMYC-in Şura iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında təqdimat olub. Təqdimatda Qarabağın tarixi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə dair faktlar slaydlarla təqdim edilib.

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Analitik

MEDİA

Siyasət

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30