Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yevlax rayon təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə rayonlararası cüdo yarışı keçirilib

YAP Yevlax rayon təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə rayonlararası cüdo yarışı keçirilib

09.05.2018 [16:37]

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin 95 illiyi münasibəti ilə rayonlararası cüdo yarışı keçirilib. Respublikanın 10 şəhər və rayonundan olan idmançıların iştirakı ilə keçirilən açıq birincilikdə 11 çəki dərəcəsində yeniyetmə gənclər mübarizə aparıblar. Tədbiri giriş sözü ilə açan Yevlax Uşaq, Gənclər, İdman və Şahmat Məktəbinin direktoru Teymur İskəndərov yarış haqqında geniş məlumat verib.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev, Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Bünyamin Musayev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Onun idmana qayğısı haqqında danışıblar. Natiqlər Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan gəncliyinə və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini bildiriblər.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın nəticəsində 11 çəki üzrə ümumilikdə 44 idmançı fərqlənib ki, onlardan 11 nəfər 1-ci yer, 11 nəfər 2-ci yer, 22 nəfər isə 3-cü yerin sahibi olub. Qaliblər YAP Yevlax şəhər təşkilatının fəxri fərmanı və medallarla təltif olunublar.

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30