Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir

Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir

03.04.2018 [10:30]

YAP Şabran rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində təhsil işçiləri və Dəvəçi kənd sakinləri ilə görüşlər keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər aprelin 2-də rayonun Mədəniyyət sarayında təhsil işçiləri və Dəvəçi kənd sakinləri ilə keçirilib.
Görüşlərdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın inkişaf yolunda irəlilədiyini diqqətə çatdırıb. Azərbaycanın bütün sahələrdə çoxsaylı uğurlar əldə etməsini təmin edən amilin cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət olduğunu deyən rayon təşkilatının sədri qeyd edib ki, Şabran ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və aprelin 11-də bir daha bu mövqeyi nümayiş etdirəcək.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin reytinqi xalq arasında əhəmiyyətli dərəcədə yüksəlməkdə davam edib: “Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə Azərbaycanın sabitlik adası kimi beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə nail olub”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olunması və digər mühüm uğurlar məhz Prezident İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir: “Bu kimi çoxsaylı uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq cənab İlham Əliyevi yenidən Prezident seçəcək”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib”, - deyən Milli Məclisin deputatı Tahir Süleymanov isə diqqətə çatdırıb ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir.
Millət vəkili bildirib ki, hər bir vətəndaş dövlətin yüksək diqqət və qayğısını öz üzərində hiss edir: “Güclü sosial siyasət insanların rifahını yüksəldir. Buna görə də əminliklə deyə bilərik ki, aprelin 11-də Azərbaycan xalqının seçimi məhz cənab İlham Əliyev olacaq”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30