Ana səhifə »  YAP xəbərləri »  Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş “Debat turniri” layihəsinin yekun tədbiri keçirilib
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş “Debat turniri” layihəsinin yekun tədbiri keçirilib

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının sıralarında yüksək intellektli gənclər birləşiblər
Dekabrın 22-də Bakı Ali Neft Məktəbinin konqres zalında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və DVC-nin birgə təşkilatçılığı ilə milli debat proqramı çərçivəsində YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş “Debat turniri” layihəsinin yekun tədbiri keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov partiyanın 25 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. “Yeni Azərbaycan Partiyasının sıralarında yüksək intellektli gənclər birləşiblər. Gənclərimiz bizim partiyamızın gələcəyidir”, - deyən S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi respublikamızda böyük təntənə ilə qeyd olunur. YAP-ın tarixi zərurətdən yaranan partiya olduğunu deyən S.Novruzovun sözlərinə görə, YAP-da bütün təbəqələrin nümayəndələri təmsil olunurlar. O cümlədən partiyamızda yaşlı və gənc nəslin vəhdəti var.
“Gənclərimiz tariximizi dərindən öyrənməlidirlər. Çünki tarixini bilməyən, öyrənməyən gənclər gələcəkdə öz xalqı və dövlətinin inkişafı üçün heç bir töhfə verə bilməzlər. Azərbaycan xalqı tarixən çox çətin sınaqlarla üz-üzə qalıb. Müasir tariximizə nəzər salsaq, 1993-cü ildə baş verən hadisələrin nə qədər ağır olduğunu söyləyə bilərik. O zaman Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi. O vaxtlar Azərbaycanı parçalamaq istəyən qüvvələrin arzusu puç oldu. İndi də Azərbaycanı gözü götürməyən qüvvələr var, onlar ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Təəssüf ki, bəzi vətəndaşlarımız da onlara qoşulur, gedib xaricdən Azərbaycan dövlətinə qarşı böhtanlar danışırlar. Vətənini sevən insanlar burada dövlətinə, xalqına xidmət göstərməlidirlər. Yoxsa xaricdə oturub ölkəmizə qarşı fəaliyyət göstərmək heç kimə başucalığı gətirmir. Belələrinə qarşı ciddi mübarizə aparılmalı və gənclərimiz bu prosesdə daha da fəal olmalıdırlar. Bu gün Azərbaycan gənclərinin yüksək biliklər qazanması üçün dövlətimiz bütün imkanları yaradıb. Təhsilimiz inkişaf edir, bu gün dünya standartlarına cavab verən ali təhsil müəssisələri fəaliyyət göstərir. Bakı Ali Neft Məktəbi də buna əyani nümunədir. Sevindirici haldır ki, ölkəmizdə yüksək vətənpərvərlik hissinə malik gənclik formalaşıb və bu gəncliyin böyük hissəsi partiyamızda birləşib. Gələn il ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. İnanırıq ki, gənclərimiz bu seçkilərdə də yüksək fəallıq göstərəcəklər”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
YAP Gənclər Birliyinin önəmli layihələr həyata keçirdiyini deyən S.Novruzov qeyd edib ki, bu layihələr bütövlükdə ölkə gəncləri tərəfindən maraqla qarşılanır. “Debat turniri” də məhz belə layihələrdəndir.
Siyavuş Novruzov deyib ki, başa çatmaqda olan 2017-ci il ölkəmiz üçün uğurlu oldu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlər qazandı. Bu il ərzində ölkəmiz üçün bir sıra əlamətdar hadisələr baş verdi. Onun sözlərinə görə, bunların sırasında “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasına dair sazişin imzalanması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi xüsusilə qeyd edilməlidir. Çünki hər iki hadisə Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Bu layihələr ölkəmizin təhlükəsizliyinin daha da güclənməsi, qüdrətlənməsi və müstəqilliyimizin əbədiliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
“Əlbəttə ki, bütün bunlar ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nəticələridir. Bütövlükdə, 2017-ci il Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından uğurlu il oldu. Eyni zamanda, ictimai-siyasi, mədəni və digər sahələrdə də nailiyyətlər əldə etmişik. Qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq müstəvidə yerini və rolunu daha da gücləndirir. Həm sabitlik, həm də sosial-iqtisadi inkişaf baxımından Azərbaycan bir çox ölkələr üçün nümunədir. Ona görə də biz Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyuruq”, - deyə S.Novruzov vurğulayıb.
Çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov Yeni Azərbaycan Partiyasının sıralarında on minlərlə gəncin birləşdiyini vurğulayıb. O qeyd edib ki, YAP böyük siyasi məktəbdir və gənclərimiz bu siyasi məktəbdən öz gələcəkləri üçün faydalanırlar. Azərbaycan gənclərinin yüksək təhsil almaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını deyən E.Qasımov BANM-in uğurlarından da bəhs edib.
Daha sonra tədbirdə Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında çıxışını özündə əks etdirən video material nümayiş etdirilib.
Sonra “Debat turniri”nin final mərhələsinə vəsiqə qazanmış Səbail və Yasamal rayonlarını təmsil edən komandalar debatlar aparıb. Debatın sonunda Səbail gəncləri qalib gəliblər. Yekunda qalib və finalçı komanda üzvləri, o cümlədən ən yaxşı natiqlər, hakim və məşqçi mükafatlandırılıblar.
Tədbirin sonunda YAP Gənclər Birliyi və DVC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun məqsədi birgə əməkdaşlıq çərçivəsində gənclərin inkişafını təmin etmək, ictimai debatlar təşkil edərək Bakı şəhəri və regionlarda yaşayan gənclərin dünyagörüşü və biliklərinin artırılması istiqamətində yeni layihələrə imza atmaqdır.
Xatırladaq ki, dekabr ayının ilk həftəsində YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının Gənclər Birliyinin üzvü olan gənclərə debat təlimləri keçirilib, komandalar formalaşdırılıb. Məşq prosesində fəal iştirak edən debatçı gənclər dekabrın 16 və 17-si keçirilmiş qrup və play-off mərhələsində iştirak edərək “Qarabağ MDB məkanında ən böyük münaqişə ocağıdır” mövzusunda debatlar aparıblar.
Nardar BAYRAMLI

 
  • Oxunub:  5040  |  
  • Tarix:  23-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir

17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq
13:24
18 İyul
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcək
12:31
18 İyul
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
11:51
18 İyul
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11:48
18 İyul
Azərbaycan-İtaliya sənədləri imzalanıb
11:46
18 İyul
Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb
11:30
18 İyul
Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir
11:24
18 İyul
Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb
11:17
18 İyul
Ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə təlim keçirilir
11:11
18 İyul
İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub
11:10
18 İyul
Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib
11:07
18 İyul
Tbilisidə Cənubi Qafqaz regionunda medianın inkişafına həsr olunan beynəlxalq konfrans keçirilir
11:05
18 İyul
UEFA Çempionlar Liqası: “Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək
11:04
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü
10:11
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
10:10
18 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:53
18 İyul
İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub
18:19
17 İyul
Pakistanlı iş adamları Azərbaycanla fəal əməkdaşlığa dəvət ediliblər
18:17
17 İyul
Aynur Camalqızı: Hər bir ölkə vətəndaşı, o cümlədən media nümayəndələri bu cür təxribatları yaymağa cəhd göstərənlərə qarşı sərt mövqe sərgiləməlidir
18:01
17 İyul
Allahşükür Paşazadə: Gəncə hadisələrinin İslamla heç bir əlaqəsi yoxdur
18:00
17 İyul
Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır
17:56
17 İyul
Rauf Zeyni: Terror və təxribat vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır
17:50
17 İyul
Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçiriləcək
17:25
17 İyul
MM-in deputatı: Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır
17:20
17 İyul
Elman Nəsirov: Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır
17:16
17 İyul
Məcburi köçkünlərlə növbəti görüş olub
17:10
17 İyul
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17:00
17 İyul
Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb
16:56
17 İyul
Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
16:54
17 İyul
Bilik Fondu tibbi maarifləndirmə istiqamətində tədbirləri davam etdirir
16:50
17 İyul
MM-in deputatı: Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir
16:26
17 İyul
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16:22
17 İyul
The Boston Consulting Group Bakı şəhərinin Baş Planının hazırlanması prosesində iştirak edəcək
16:15
17 İyul
Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar
16:13
17 İyul
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:42
17 İyul
Hikmət Babaoğlu: “Prezident milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
15:19
17 İyul
Beynəlxalq donor təşkilatları ilə görüşdə yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb
15:02
17 İyul
Barselonada Avropa Azərbaycanlılar Konqresi İdarə Heyətinin iclası keçirilib
14:51
17 İyul
Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib
14:46
17 İyul
Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu
14:26
17 İyul
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb
14:15
17 İyul
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
14:09
17 İyul
Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir
14:08
17 İyul
Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,2 milyard manat ayırıb
14:03
17 İyul
Türkiyədə azərbaycanlı tələbələrin birliyi yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA