Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Cəbrayıl rayon təşkilatının IX konfransı keçirilib

YAP Cəbrayıl rayon təşkilatının IX konfransı keçirilib

13.10.2017 [10:16]

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının IX konfransı keçirilib. Konfransdan əvvəl qonaqlar və YAP Cəbrayıl rayon təşkilatı İdarə Heyətinin üzvləri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu öndərin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri qoyublar.
Sonra konfrans Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 4 saylı qəsəbə klubunda öz işinə başlayıb.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib.
A.Fərzəliyev qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin yaradıcısı olduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilərək regionun ən güclü siyasi partiyalarından biri olub. Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində bir çox uğurlara imza atıb.
Sonra rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun hesabatı dinlənilib.
Hesabat məruzəsindən sonra çıxış edən YAP Cəbrayıl rayon təşkilatının fəalları təşkilatın ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.
Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və Milli Məclisin deputatı Astan Şahverdiyev iştirak ediblər.
Konfransda YAP rayon təşkilatı aparatı tərəfindən partiya fəallarına Fəxri fərmanlar təqdim olunub.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Cəbrayıl rayon təşkilatının 9 nəfərdən ibarət idarə heyəti, 27 nəfərdən ibarət Şura üzvləri və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib. Arif Fərzəliyev yenidən yekdilliklə rayon təşkilatının sədri seçilib.

Paylaş:
Baxılıb: 478 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31