Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağdam rayon təşkilatının Ağdam Musiqi Kolleci ərazi ilk partiya təşkilatında tədbir keçirilib

YAP Ağdam rayon təşkilatının Ağdam Musiqi Kolleci ərazi ilk partiya təşkilatında tədbir keçirilib

10.10.2017 [10:01]

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə partiyanın Ağdam rayon təşkilatı tərəfindən silsilə tədbirlərə start verilib. Bu silsilədən növbəti tədbir Ağdam Musiqi Kolleci ərazi ilk partiya təşkilatında keçirilib.
Tədbiri giriş sözü ilə açan Ağdam Musiqi Kolleci ərazi ilk partiya təşkilatının sədri Laura Ağayeva partiyanın yaranma tarixi, 25 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında geniş məlumat verib. L.Ağayeva bildirib ki, YAP Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə tarixinin mürəkkəb dövründə yaradılıb: “Məhz həmin çətin dövrdə partiya dövlətin və xalqın taleyi üçün məsuliyyəti öz üzərinə götürmüşdü”.
Çıxışında Azərbaycanda əldə edilən nailiyyətlərdən də söhbət açan ərazi ilk partiya təşkilatının sədri deyib ki, YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə dinamik inkişafa nail olunub: “Fəxrlə demək olar ki, Yeni Azərbaycan Partiyası 25 illik bir dövrdə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində vətəndaş cəmiyyəti quruculuğunda ən fəal, ən qabaqcıl bir siyasi rol oynamaqla bu istiqamətdə mühüm tarixi əhəmiyyətli işlər görmüşdür”.
Daha sonra YAP fəalı Xədicə Mehdizadə və YAP Ağdam rayon təşkilatının Gənclər Birliyinin üzvü Teymur Köçərli çıxış edərək YAP-ın Azərbaycan xalqı və dövləti qarşısında gördüyü işləri yüksək qiymətləndiriblər. Tədbirdə yekun nitq söyləyən Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının baş məsləhətçisi Səyyad Mirzəyev partiyanın 25 illik tarixinə diqqət çəkərək bu müddətdə YAP-ın Azərbaycan xalqı qarşısında gördüyü işləri yüksək dəyərləndirib. O qeyd edib ki, bu dövr ərzində YAP dövlətçilik uğrunda yorulmadan xidmət göstərib və öz uğurlu fəaliyyəti ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olub.
NADİR

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30