Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Yevlax rayon təşkilatının IX konfransı keçirilib

YAP Yevlax rayon təşkilatının IX konfransı keçirilib

28.04.2017 [09:22]

Aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.
Yevlaxda Ulu öndərin adını daşıyan sarayda keçirilən konfrans Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin oxunmasından sonra öz işinə başlayıb.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyevin, millət vəkili Pərvin Kərimzadənin və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanovun da iştirak etdiyi konfransda öncə YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Yaradıcısı Ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrildiyini deyən natiq hazırda partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlara öz layiqli töhfəsini verdiyini bildirib.
Çıxışında, eyni zamanda, YAP Yevlax rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən də bəhs edən İlham Məmmədov qeyd edib ki, rayon təşkilatı hazırda özündə 57 məhəlli və 28 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 7140 nəfərdən 8600 nəfərə çatıb, 4 yeni məhəlli və ərazi ilk partiya təşkilatı yaradılıb. Bunlardan 4410 nəfərini qadınlar, 2015 nəfərini gənclər təşkil edir.
Sonra Nəzarət-Təftiş Qrupunun hesabatı dinlənilib.
Konfransda çıxış edən YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, həmçinin qadınların da bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.
Çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurətdən irəli gəldiyini bildirib. Çıxışında rayon təşkilatının fəaliyyətinə də toxunan natiq deyib ki, bu gün təşkilatda gedən sürətli inkişaf bütün sahələrdə özünün fərqliliyi ilə seçilir və diqqət mərkəzindədir. Onun sözlərinə görə, gənclərin partiya sıralarına həvəslə qoşulması, onların şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməsi yevlaxlıların YAP-a, partiyamızın Sədri cənab İlham Əliyevə birmənalı şəkildə məhəbbətinin və sədaqətinin bariz nümunəsidir.
Hər iki çıxışda hesabat məruzəsinin qənaətbəxş olduğu bildirilib.
Sonra konfransda təşkilati məsələyə baxılıb. İlham Məmmədov yenidən YAP Yevlax rayon təşkilatının sədri seçilib. Eyni zamanda, Əli Quliyev, Vahid Quliyev və Elnarə Məmmədova YAP Yevlax rayon təşkilatının sədr müavinləri seçiliblər. Konfransda həmçinin 47 nəfərdən ibarət Şura, 17 nəfərdən ibarət İdarə Heyəti, 7 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupunun üzvləri seçilib.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və millət vəkili Pərvin Kərimzadə YAP Yevlax rayon təşkilatının işini müsbət qiymətləndirib və yeni seçilən heyətə uğurlar arzulayıblar.
Sonda konfrans istirakçıları adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30