Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib

“Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib

13.08.2016 [10:13]

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nicat Nağıyev gənclərimizə multikulturalizm faktorunun nə qədər önəmli olduğunu bildirərək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsünə dəstək olmağın vacibliyini qeyd edib.
Layihə çərçivəsində Azərbaycanın multikulturalizm siyasətinin nailiyyətləri, paylaşma materialları əsasında minlərlə gənc “Multikulturalizmin Azərbaycan modeli” ilə bağlı məlumatlandırılacaq və bu mövzunu əks etdirən təqdimatlar hazırlanacaq, maarifləndirici bukletlər nəşr ediləcək, bunları əyani olaraq əks etdirən “Multikulturalizmin Azərbaycan modeli” adlı videoçarx hazırlanacaq.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı, YAP Gənclər Birliyinin Şura üzvü Sərraf Hüseynov məruzəçi qismində çıxış edib.
Layihə çərçivəsində həyata keçirilən seminarlarda 50 nəfərdən çox tələbə və media təmsilçisi iştirak edib.

Paylaş:
Baxılıb: 796 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31