Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Biz İlham Əliyevə səs verməklə öz gələcəyimizə səs verəcəyik!

Biz İlham Əliyevə səs verməklə öz gələcəyimizə səs verəcəyik!

19.09.2013 [10:17]

Şəmkirlilər əmindirlər ki, növbəti 10 ildə də Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda da uğurla davam edir. Əvvəlcədə müəyyənləşdirilmiş proqram üzrə seçicilərlə növbəti görüşlər keçirilib.
Rayonun Könüllü kəndində keçirilən günün ilk görüşündə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev artıq 3 gündür təbliğat-təşviqat kampaniyasına start verildiyini və bu məqsədlə ardıcıl tədbirlər keçirdiyini bildirib.
F.Vəliyev həmin tədbirlərin yüksək əhval-ruhiyyə ilə keçdiyini, bunun da şəmkirlilərin Prezident İlham Əliyevə böyük sevgisinin göstəricisi olduğunu diqqətə çatdırıb: “Bu da əbəs yerə deyil. Cənab İlham Əliyev atdığı addımlarla, fəaliyyəti ilə hər bir azərbaycanlı kimi, şəmkirlilərin da böyük sevgi və rəğbətini qazanıb. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində bir çox iqtisadi proqramlar uğurla icra olunub. Bunun nəticəsində bütün regionlarımız inkişaf edib. Eyni zamanda, Şəmkirdə də çox böyük quruculuq işləri görülüb. Rayonda yeni iş yerləri açılıb, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb, idman kompleksləri istifadəyə verilib. Bu işlərin növbəti illərdə də davam etməsi üçün bütün şəmkirlilər 9 oktyabrda yenidən Prezident İlham Əliyevə səs verəcəklər. Biz İlham Əliyevə səs verməklə öz gələcəyimizə səs verəcəyik!”.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri, professor Vaqif Şadlinski isə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi-sosial siyasətin nəticələrindən danışıb. O, deyib ki, Prezident İlham Əliyev bu posta seçilməzdən öncə xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib: “Ötən 10 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib. Bu gün Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı inkişaf qeydə alınıb. Azərbaycan 10 il əvvəllə müqayisədə əsaslı şəkildə dəyişib, inkişaf edib. Biz bu inkişafı hər bir vətəndaşın, hər bir ailənin həyatında açıq şəkildə müşahidə edirik. Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur. Bu proqram bizə nə verib? Bu suala cavab almaq üçün rayonlarda baş verən dəyişiklikləri görmək kifayət edir”.
Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu vurğulayan Vaqif Şadlinski bunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş, ağıllı siyasətin nəticəsi olduğunu bir daha bəyan edib. O deyib ki, yeni iş yerlərinin açılması, ölkənin valyuta ehtiyatlarının artması, səhiyyəyə, təhsilə, mədəniyyətə və digər sahələrə paralel qayğının göstərilməsi və diqqətin artırılması hamının gözünün önündə baş verib. Fəaliyyətinin hər anında milli mənafenin qorunması istiqamətində çalışan İlham Əliyev yalnız millətinin və dövlətinin rifahı uğrunda fəaliyyət göstərir. Onun sözlərinə görə, “Ümummilli liderimiz Heydər Əliyev xalqa müraciətində vurğulamışdı ki, mən İlham Əliyevə özüm qədər inanıram. Azərbaycan xalqı Ulu öndərin bu fikirlərini dəstəklədi və bu gün öz həyatını rifah, yüksəliş istiqamətində davam etdirir. Mən inanıram ki, xalqımız oktyabrın 9-da müstəqilliyin əbədiliyinə, sarsılmazlığına, inkişafa, yüksəlişə - İlham Əliyevə səs verəcək. Məhz İlham Əliyev Azərbaycanı işıqlı, inamlı sabaha aparacaq!”
Digər çıxışçılar da Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətləri yüksək qiymətləndirərək ölkəmizin gələcəyi naminə Ulu öndər Heydər Əliyev siyasi kursunun davam etməsinin vacibliyini vurğulayıblar. Çıxış edən seçicilər qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30