Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ölkəmizdə demokratik seçki mühiti mövcuddur

Ölkəmizdə demokratik seçki mühiti mövcuddur

13.09.2013 [09:32]

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında növbəti seminar keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında növbəti treninq-seminar keçirilib. Rayon təşkilatının sədri Təmraz Tağıyev seçki kampaniyası dövründə təşkilat fəallarının iş fəaliyyəti, vəzifə bölgüləri, qarşıda dayanan məsələlər barəsində ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə demokratik seçki ənənələri və qazanılmış mükəmməl seçki təcrübəsi mövcuddur. Seçkiqabağı ölkədəki ictimai-siyasi durum, vətəndaşların seçki ilə bağlı informasiya təminatına toxunan T.Tağıyev, həmçinin, bütövlükdə cəmiyyətimizin prosesə hazırlığından bəhs edib. Təşkilat sədri qeyd edib ki, hər bir cəmiyyətin inkişafında seçki amili xüsusi önəm kəsb edir.
“Sözsüz ki, bu ilin seçki ili olması prosesdə yaxından iştirak edəcək şəxslər üçün əlavə məsuliyyətlər müəyyənləşdirir. YAP Nərimanov rayon təşkilatının da iş fəaliyyəti, üzvlərinin qrafik üzrə müəyyənləşmiş istiqamətlərdə üzərlərinə düşən vəzifələr artıq müəyyənləşdirilib. Eyni zamanda, partiya fəalları ilə aparılan treninqlər onların seçkiyə tam hazırlığına, qarşıda dayanan vəzifələrin əhatəli həllinə yönəlib” deyən T.Tağıyev bu seçkilərdə də demokratik dəyərlərin tam təmin olunacağına əminliyini ifadə edib. Təşkilat sədri Nərimanov rayonu üzrə bütövlükdə YAP ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə toxunaraq onların işinin müəyyənləşmiş qrafik üzrə qurulmasından, qarşıda dayanan məsələlərin həllindən bəhs edib. T.Tağıyev YAP Nərimanov rayon təşkilatı üzrə fəaliyyət göstərən ərazi ilk partiya təşkilatlarında seçki ili ilə bağlı üzvlərin siyahısının dəqiqləşdirilməsi, təşkilatlarda görülən və görüləcək işlərlə bağlı artıq nəticələrin olduğunu, eyni zamanda, proseslərin də sürətlə yekunlaşdığını seminar iştirakçılarının diqqətinə çatdırıb. YAP Nərimanov rayon təşkilatında artıq görüləcək işlərin qrafikinin müəyyənləşdiyini, eyni zamanda, bütövlükdə rayon üzrə partiya üzvlərinin siyahısında yenidən dəqiqləşdirmələrin aparıldığını bildirən təşkilat sədri YAP İcra Katibliyi tərəfindən verilən tapşırıq və təlimatlara uyğun olaraq işlərin həyata keçirildiyini də vurğulayıb.
Tədbir qarşılıqlı fikir mübadiləsi, seçki ilə bağlı təcrübi məsələlər ətrafında müzakirələrlə yekunlaşıb.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31