Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında görüşlər davam edir

YAP Binəqədi rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında görüşlər davam edir

23.08.2013 [09:14]

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının daha bir ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ictimai-siyasi proseslərdən və ölkəmizdə həyata keçirilən iqtisadi və sosial proqramlardan danışıb. 
O, qeyd edib ki, həyata keçirilən dövlət proqramlarının bir hədəfi var və bu hədəf də insanların sosial rifah halının yüksəldilməsidir. R.Göyüşov onu da bildirib ki, aparılan islahatların məqsədi ölkədə modernləşmə, demokratikləşmə proseslərinin sürətləndirilməsi, Prezident İlham Əliyevin qeyd etdiyi kimi neft kapitalının insan kapitalına çevrilməsidir. Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artdığını bildirən Ramiz Göyüşov bunun sübutu kimi ölkəmizin beynəlxalq səviyyədə konfranslara ev sahibliyi etdiyini deyib.
Natiq çıxışında Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini də vurğulayıb. Onun sözlərinə görə, “2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili Dövlət Proqramı” çərçivəsində Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar ki, onlar arasında gələcəyin həkimləri də var. “Xaricdə ali təhsillərini başa vurub ölkəyə qayıdacaq gənclər burada öz biliklərini uğurla tətbiq edəcəklər” deyən rayon təşkilatının sədri, həmçinin qeyd edib ki, bu gün regionlarda və paytaxtda açılan tibb müəssisələri dövlət başçısı tərəfindən səhiyyə sahəsinə göstərilən diqqətin nəticəsidir.
Sonra 20 saylı uşaq poliklinikasının baş həkimi Xuraman Hüseynova və ərazi ilk partiya təşkilatının sədri Esmira Şıxıyeva çıxış edərək səhiyyə sahəsinin ölkə başçısının daim diqqət mərkəzində olduğunu bildiriblər. Qeyd olunub ki, səhiyyə sahəsində son illərdə aparılan islahatlar və tibb müəssisələrinin maddi texniki bazasının möhkəmlənməsi bu sahənin inkişafına xidmət edir.
NADİR

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30