Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın mövqeyi Azərbaycan xalqının yekdil rəyi və dəyişməz iradəsini əks etdirir

YAP-ın mövqeyi Azərbaycan xalqının yekdil rəyi və dəyişməz iradəsini əks etdirir

31.05.2013 [02:44]

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının X konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının X konfransı keçirilib. Konfrans iştirakçıları və qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsi önünə tər çiçəklər düzərək, Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra rayondakı Heydər Əliyev mərkəzində keçirilən konfransı giriş nitqi ilə açan YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahələrdə əhəmiyyətli uğurlar əldə edib, ölkəmizin beynəlxalq arenada mövqeləri daha da möhkəmlənib. Həmçinin, ölkəmizin gələcək inkişafı baxımından önəm kəsb edən tarixi nailiyyətlər də əldə olunub. Bu nailiyyətlər isə əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun bəhrələridir.
Daha sonra Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yoluna nəzər salan YAP Siyasi Şurasının üzvü bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının nəticəsi kimi yaranıb, güclü təşkilatlanıb və xalqımızın böyük dəstəyi ilə hakimiyyətə gəlib: “Bu partiyanın yaranması Azərbaycan xalqının böyük və müdrik oğlu, onun xilaskarı Heydər Əliyevin şərəfli adı, gərgin və səmərəli fəaliyyəti ilə bağlıdır. Qısa müddət ərzində şərəfli və əzəmətli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası hazırda həm ölkəmizdə, həm də regionda böyük nüfuz sahibi olan siyasi təşkilata çevrilib. Bu gün Yeni Azərbaycan Partiyası Avropanın və Asiyanın nüfuzlu partiyaları ilə əməkdaşlıq edir, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması işinə əhəmiyyətli töhfələrini verir”.
Aydın Hüseynov əlavə edib ki, bu gün cəmiyyətimizin mütləq əksəriyyəti tərəfindən dəstəklənən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə avanqard mövqe tutmasında rayon təşkilatlarının payı vardır. Belə təşkilatlardan biri də YAP Qaradağ rayon təşkilatıdır.
Bu ilin oktyabr ayında ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Aydın Hüseynovun sözlərinə görə, bu seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin yekdil rəyi və iradəsi bu yöndədir ki, qarşıdakı 5 ildə də Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf etsin: “Qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi Ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevdir. Azərbaycanda son 10 ildə görülən işlərə, aparılan köklü islahatlara, ölkəmizin real mənzərəsinə, regionda güc nisbətinin dövlətimizin xeyrinə dəyişməsinə nəzər saldıqda payızda keçiriləcək seçkilərin mahiyyəti də bəlli olur. Çünki cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi müddətində görmüş olduğu misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin rəğbətini və sevgisini qazanıb. Ona görə də, birmənalı şəkildə demək olar ki, Yeni Azərbaycan Partiyasının namizədi, xalqımızın istək və arzularının tərənnümçüsü olan cənab Prezident İlham Əliyev yüksək səs çoxluğu ilə qələbə qazanacaq”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ilk olaraq, ölkəmizdə həyata keçirilən geniş islahatlar haqqında danışıb. O, bu günlərdə Azərbaycanda 28 May - Respublika Gününün böyük təntənə ilə qeyd olunduğunu xatırladaraq deyib ki, əsrin əvvəllərində qazandığımız, lakin cəmi 23 ay sonra itirdiyimiz müstəqilliyimizi əsrin sonlarında yenidən qazandıq: “Bu dəfə də proseslər eyni sonluğa doğru irəliləyirdi. Ancaq Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə 1993-cü ildən həyata keçirilən siyasət nəticəsində Azərbaycanda möhkəm təməllərə söykənən sabitlik bərqərar edildi, ölkəmiz inkişaf yoluna qədəm qoydu”.
Siyavuş Novruzov deyib ki, son 10 ildə ölkəmizdə minlərlə təhsil müəssisələri, müasir standartlara cavab verən səhiyyə obyektləri tikilib, geniş, keyfiyyətli yollar çəkilib, körpülər salınıb, tamamilə yeni və müasir infrastruktur yaradılıb. Azərbaycan iqtisadi inkişaf sürətinə görə, dünyanın qabaqcıl dövlətləri ilə rəqabət aparır və bir çox hallarda onları qabaqlayır. Demək olar ki, hər gün Azərbaycanın paytaxtı Bakıda və regionlarda beynəlxalq tədbirlər keçirilir, ölkəmizə yüzlərlə qonaq gəlir: “Mən özüm də həmin qonaqlarla görüşürəm. Onlar ölkəmizdəki inkişafa heyran qalıblar. İnanmırlar ki, belə qısa müddət ərzində bu qədər böyük möcüzələr yaratmaq olar. Amma Azərbaycan dövləti bu möcüzələri reallığa çevirib. Təbiidir ki, bütün bunlar Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub”.
Qarşıdan gələn prezident seçkilərinə də toxunan YAP İcra katibinin müavini vurğulayıb ki, bu seçkilərdə YAP-ın namizədi Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevdir. Bu isə təkcə YAP-ın 600 min nəfərlik üzvünün deyil, bütövlükdə Azərbaycan xalqının yekdil rəyi, dəyişməz iradəsini əks etdirir. Çünki cənab İlham Əliyev ölkəmizə rəhbərliyi müddətində görmüş olduğu misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin rəğbətini və sevgisini qazanıb: “İnanıram ki, bütün seçkilərdə olduğu kimi, bu dəfə də Azərbaycan xalqının arzularını reallaşdıran cənab İlham Əliyev yüksək səs çoxluğu ilə qalib gələcək və bundan sonra da Azərbaycanı zəfər və qələbələrə doğru aparacaq”.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası dünyaşöhrətli siyasətçi, təcrübəli dövlət xadimi Ulu öndər Heydər Əliyevin yaratdığı güclü bir siyasi təşkilatdır. Cənab Prezident İlham Əliyevin Sədrliyi ilə bu gün YAP Azərbaycan cəmiyyətinin mütərəqqi ideyalarla inkişafına xidmət edir: “Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olduğu gündən həmişə böyük qələbələr qazanıb. Çünki YAP həmişə cəmiyyətimizin maraqlarını özünün ən ümdə vəzifəsi kimi qəbul edib. Bu böyük siyasi təşkilat həmişə dövlətimizin, xalqımızın rifahı, inkişafı naminə bütün gücünü səfərbər edib. Azərbaycan xalqının istək və arzularının tərənnümçüsü olan YAP bu gün həm regionda, həm də beynəlxalq arenada böyük nüfuza malik siyasi təşkilatdır”.
Daha sonra çıxış edənlər qeyd ediblər ki, qaradağlılar prezident seçkisində partiyanın Sədri İlham Əliyevi dəstəkləyəcək və Onun ətrafında sıx birləşərək, xalqımızın mənafeyi naminə əlindən gələni əsirgəməyəcəklər.
Daha sonra YAP-ın V qurultayına nümayəndələr seçilib. Sonda Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30