Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın Sədr müavini Əli Əhmədov Ağsuda partiya fəalları ilə görüş keçirib

YAP-ın Sədr müavini Əli Əhmədov Ağsuda partiya fəalları ilə görüş keçirib

05.04.2013 [13:05]

Aprelin 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Ağsu rayon təşkilatının fəalları ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov siyasi qurum kimi YAP-ın rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatındakı fəal rolundan danışıb. Natiq bildirib ki, rayon təşkilatının 4703 nəfər üzvü 90 ərazi ilk təşkilatında birləşib və fəaliyyət göstərir. Partiya üzvlərinin 1272 nəfərini gənclər, 1770 nəfərini isə qadınlar təşkil edir.
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov isə çıxışında bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı partiya üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.
İcra katibi deyib ki, məhz İlham Əliyevin Prezident kimi 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tuta bilib. Onun sözlərinə görə, bu dövrdə bütün sahələrdə dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb: “Növbəti 5 ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müsbət dəyişiliklər baş verəcək”.
YAP İcra katibi çıxışında həmçinin, gənclərimizin təhsil alması, işləməsi, istirahət etməsi, onların layiqli vətəndaş kimi yetişməsi üçün hökumət səviyyəsində lazım olan bütün imkan və şəraitin yaradıldığını qeyd edib.
Görüşün sonunda Əli Əhmədov iştirakçıları maraqlandıran suallara cavab verib.
Görüşdə YAP fəallarından Təklə kənd orta məktəbinin müəllimi Əmrulla Kərimov, Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev, Ağsu rayon Veteranlar Şurasının sədri Camaləddin Zeynalov və başqaları çıxış edərək Ağsu rayon sakinlərinin 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevdən başqa namizədlərinin olmadığını və yalnız Ona səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, görüşdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatlarından Eldar İbrahimov və Ərəstun Cavadov iştirak ediblər.

Paylaş:
Baxılıb: 1042 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30