Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyası müasir partiyadır və hər zaman seçki kampaniyalarında müasir seçki texnologiyalarından səmərəli istifadə edir

Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyası müasir partiyadır və hər zaman seçki kampaniyalarında müasir seçki texnologiyalarından səmərəli istifadə edir

05.04.2013 [13:04]

“Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı nailiyyətlərin əsasında Prezidentimizin şəxsiyyəti, Onun həyata keçirdiyi praqmatik və uğurlu siyasət dayanır. Bizim xalqa deməyə kifayət qədər sözümüz və imkanımız var. Qarşıdan gələn prezident seçkilərində də seçki taktikamızı qazanılmış uğurlar və bu uğurların təbliği və təşviqi üzərində quracağıq. Namizədimizin liderliyi, şəxsi keyfiyyətləri, Heydər Əliyev siyasətinin yeni mərhələdə, yeni lider keyfiyyətləri ilə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və digər amillər YAP-ın seçki taktikasında və təbliğatında önəmli yer tutacaq”. Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Yeni Azərbaycan Partiyası müasir partiyadır və hər zaman seçki kampaniyalarında müasir seçki texnologiyalarından səmərəli istifadə edir. Partiyanın yerli strukturlarının da güclü olduğunu deyən M.Qurbanlının sözlərinə görə, Azərbaycan cəmiyyətinin intellektual potensialının mütləq əksəriyyəti YAP-da cəmləşib. Ona görə də, bu potensial əsasında partiyanın seçki strategiyası və taktikasının uğur qazanacağı şübhə doğurmur.
“Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. 1993-cü ildən YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Hər seçkidən sonra partiyamız onun nəticələri ilə bağlı geniş təhlillər aparır və gələcək seçkilərdə taktikasını müəyyən edir. Dünya ölkələrində siyasi partiyaların seçkilərdə iştirakı, seçki kampaniyalarının təşkili istiqamətində də zaman-zaman çox böyük yeniliklər özünü göstərib və göstərməkdədir. Biz bütövlükdə dünyanın qabaqcıl ölkələrində keçirilən seçkiləri və onların təcrübəsini əsaslı şəkildə öyrənirik. Təbii ki, bu müsbət təcrübələri öyrənməklə hər zaman müasir seçki texnologiyalarından istifadə edirik. Bu mənada qarşıdan gələn prezident seçkiləri kampaniyasında da yeniliklər tətbiq edəcəyik. Eyni zamanda, əvvəlki seçkilərdə topladığımız təcrübəyə istinad edərək seçki taktikamızı son yeniliklərlə də zənginləşdirəcəyik. Əminəm ki, həyata keçirəcəyimiz seçki strategiyası və taktikası seçkilərdə istədiyimiz uğuru əldə etməyə ciddi zəmin yaradacaq” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 1087 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30