Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP öz fəaliyyəti ilə xalqın etimadını doğruldub

YAP öz fəaliyyəti ilə xalqın etimadını doğruldub

22.02.2013 [02:20]

YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının fəalları və gəncləri ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüşüb. Görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov deyib ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan YAP ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və dövlətimizin ictimai-siyasi həyatında ən mühüm faktorlardan birinə çevrilib. Onun sözlərinə görə, hazırda Azərbaycan cəmiyyətinin bütün mütərəqqi qüvvələri məhz Yeni Azərbaycan Partiyasının sıralarında birləşərək partiyamızın gücünün və qüdrətinin artmasında mühüm rol oynayırlar.
Natiq YAP Neftçala rayon təşkilatının fəaliyyətinə də toxunaraq qeyd edib ki, 1993-cü ilin mart ayının 28-də təsis konfransını keçirən YAP Neftçala rayon təşkilatının 4063 üzvü 51 ərazi ilk partiya təşkilatında birləşib. Onun sözlərinə görə, təşkilatın üzvlərinin 1642 nəfərini, yəni, 40,4 faizini gənclər, 1847 nəfərini, yəni, 45,4 nəfərini isə qadınlar təşkil edir.
Çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov ilk olaraq YAP Neftçala rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək deyib ki, YAP Neftçala rayon təşkilatı partiyamızın strukturunda səmərəli fəaliyyət göstərərək, ümumi işimizə öz töhfələrini verməkdədir. Daha sonra Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir: “Eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik dövrdə YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq daim fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb”.
Azərbaycan dövlətinin son illərdə sürətlə inkişaf etdiyini vurğulayan Əli Əhmədov qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi, iqtisadi qüdrətinin artması Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli və möhkəm bir baza yaradıb. “Bizim hər birimiz bu dəyişiklikləri müşahidə etməkdəyik. Bu dəyişiklikləri təyin etmək üçün ən yaxşı üsullardan biri müqayisəli təhlil aparmaqdır. Əgər ölkəmizin indiki reallıqlarını və gerçəkliklərini 20 il, 15 il, 10 il bundan əvvəlki Azərbaycanın gerçəklikləri ilə müqayisə etsək, nə qədər böyük dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq. Beləliklə, biz yeni Azərbaycanın yaradılmasının, yeni Azərbaycanın formalaşdırılmasının şahidləriyik. Yeni qurulan, yeni yaradılan Azərbaycan təkcə statistika və rəqəmlərdə ifadə olunan anlayış deyil. Eyni zamanda, insanların həyatında, yaşamında öz əksini tapan reallıqlar və gerçəkliklərdir”.
2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan YAP-ın İcra katibi Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunların hamısı isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir: “Prezident İlham Əliyevin növbəti 5 ildə də Azərbaycanın Prezidenti seçilməsi isə bu inkişafın, yüksəlişin, yeniləşmənin, müasirləşmənin, o cümlədən, insanlarımızın rifahının yaxşılaşmasının növbəti 5 ildə də davamlı surətdə cərəyan etməsi üçün hər bir Azərbaycan vətəndaşının öz töhfəsini verməsi deməkdir. Bizim hər birimiz, partiyanın hər bir üzvü qarşıdan gələn prezident seçkilərinə yüksək fəallıqla hazırlaşır və güman edirəm ki, özünün partiya borcunun, vəzifəsinin ondan ibarət olduğunu dərk edir ki, bu günə qədər ölkəmizdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının hər bir üzvü bütövlükdə yüksək fəallıq və bacarıq nümayiş etdirdiyi kimi, 2013-cü ilin prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının hər bir üzvü öz yüksək mövqeyini nümayiş etdirəcək”.
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov, həmçinin, Neftçala rayonunda partiyanın fəal gəncləri ilə görüşüb. Əli Əhmədov qeyd edib ki, Azərbaycan əhalisinin tərkibində gənclər xüsusi çəki etibarilə çox yüksək mövqe tuturlar: “Bu, ondan xəbər verir ki, Azərbaycan cəmiyyəti gənc, cavan bir cəmiyyətdir. Azərbaycanın gənc nəsli yüksək təhsil alır, müasir dünyagörüşünə sahibdirlər, dünyanın ən müasir texnologiyalarına yiyələnirlər. Beləliklə də, Azərbaycanın gələcək inkişafının təmin olunmasında ən müasir insanlar kimi, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdırlar. Yeni Azərbaycan Partiyasının sıralarında da kifayət qədər həm say etibarilə, həm də öz fəallıqları ilə seçilən gənclər var. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 600 minə yaxın üzvün 200 mindən artığı gənclərdir. Deməli, Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük bir ordu təşkil edirlər. Bu da Yeni Azərbaycan Partiyasının güc və qüdrət mənbələrindən birini təşkil edir”.
Əli Əhmədov partiyanın gənclər siyasətinin uğurlu nəticələrindən geniş bəhs edib və gəncləri onlara yaradılan şəraitdən bəhrələnərək daha fəal olmağa çağırıb. “Gələcəkdə, Azərbaycanı məhz bugünkü gənclər idarə edəcəklər. Ona görə də, məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayələrindən biri ondan ibarətdir ki, layiqli, ləyaqətli, yüksək təhsilli, geniş dünyagörüşünə malik və dərin vətənpərvərlik hisslərini mənimsəmiş gənc nəsil formalaşdırılsın. Bu istiqamətdə Azərbaycan Respublikasının hökuməti çox böyük layihələr həyata keçirir. Məsələn, gənclərin yüksək təhsil alması üçün, həmçinin, istedadlı gənclərin Azərbaycandan kənarda təhsil almaları üçün dövlət tərəfindən böyük layihələr həyata keçirilir. Dövlət bu işlər üçün böyük vəsait ayırıb ki, nəticə etibarilə yüksək parametrlərə malik olan gənc nəsil formalaşsın. İkincisi isə, formalaşan bu gənc nəslin malik olduğu yüksək potensialından, enerjisindən, gənclik ruhundan Azərbaycan dövlətinin qüdrətinin artırılması, cəmiyyətimizin müasirləşməsi və yeniləşməsi məqsədləri ilə səmərəli şəkildə istifadə edilsin”, - deyə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, bu gün Azərbaycanın dövlət idarəçiliyinə, siyasi idarəçiliyinə cəsarətlə gənc insanlar, gənc oğlanlar və qızlar cəlb edilirlər, müxtəlif sahələrdə onlara böyük etimad göstərilir. Məmnunluq hissi ilə qeyd etmək olar ki, bizim gənclərimiz də dövlətimiz tərəfindən göstərilən etimadı doğruldurlar. Beləliklə, yeni bir gənc nəsil formalaşıb və bu gənc nəsil tamamilə yeni keyfiyyətlərə malikdir.
Görüşün sonunda gənclərin müxtəlif sualları cavablandırılıb.
Qeyd edək ki, görüşlərdə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.
A.ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1083 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31