Əli Əhmədov qeyd edib ki, birmənalı şəkildə, bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır. “Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda, o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirib. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi, məhz, belədir”, - deyə YAP-ın Sədr müavini bildirib.
Gülər Əhmədovanın dələduzluq hərəkətlərini qətiyyətlə pisləyən YAP-ın Sədr müavini xüsusi vurğulayıb ki, ayrı-ayrı adamların qanunazidd hərəkətləri ölkəmizdə həyata keçirilən siyasətin üzərinə kölgə salmaq iqtidarında deyil. Əli Əhmədov “Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar isə həmişə ifşa olunub, olunur və bundan sonra da ifşa olunacaqlar. Dələduzların “yardımı” ilə layiq olmadığı səlahiyyətlərə yiyələnmək istəyənlərin cəhdlərinin boşa çıxması, əslində, məlum videogörüntü qalmaqalının ortaya çıxardığı mühüm reallıqdır”, - deyə nəzərə çatdırıb.
Əli Əhmədov qeyd edib ki, videogürüntülərdə əks olunan faktlarla əlaqədar artıq cinayət işi açılıb. Hüquq - mühafizə orqanları öz üzərlərinə düşən zəruri araşdırmaları aparır və inanıram ki, hər kəsin əməlinə qanun çərçivəsində ədalətli qiymət veriləcək.
- Oxunub: 27660 |
- Tarix: 29-09-2012 |
-
Çap et |