Ana səhifə »  Xarici siyasət »  Amerikanın “The Jewish Press” qəzeti: Qərb Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsinə münasibətdə ikili standartlar siyasəti yürüdür
A+   Yenilə  A-
Amerikanın “The Jewish Press” qəzeti: Qərb Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsinə münasibətdə ikili standartlar siyasəti yürüdür

Amerikada nəşr edilən “The Jewish Press” yəhudi qəzetində “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq redaktoru Maayan Caffenin Azərbaycan ilə İsrail arasında strateji əlaqələr, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərinə həsr olunmuş məqaləsi dərc edilib.
Müəllif yazır ki, Azərbaycan ilə İsrail arasında illik ticarət dövriyyəsinin həcmi 5 milyard dollar təşkil edir. Caffe daha sonra qeyd edir ki, bu iki ölkə arasında təhlükəsizlik sahəsində qarşılıqlı münasibətlər barədə informasiya nədənsə mətbuata düşmür. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin, israilli ekspert Arye Qutun, Milli Məclisin deputatı Asim Mollazadənin Azərbaycan ilə İsrail arasında strateji münasibətlər haqqında sözlərini sitat gətirir.
M.Caffe daha sonra Qərbin İsrailə və Azərbaycana münasibətdə ikili standartları, o cümlədən qərb KİV-ləri tərəfindən tənqidi çıxışlar və Ağ evin soyuq münasibəti məsələlərinə toxunur. Müəllif ABŞ administrasiyası tərəfindən əsassız olaraq Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim edilməsindən söhbət açaraq vurğulayır ki, Azərbaycan demokratik dəyərlərə münasibətdə açıq siyasət yürüdən, qadınlar üçün kişilərlə bərabər hüquqların təmin edildiyi və Qərb ilə səmimi münasibətlər saxlayan yeganə müsəlman ölkəsidir.
Müəllif Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazisinin Ermənistan tərəfindən işğal edilməsi probleminə də toxunur. O, erməni təcavüzü barədə söhbət açaraq qeyd edir ki, ABŞ ərazi bütövlüyü məsələsində Ukraynanı dəstəklədi, lakin Azərbaycana münasibətdə analoji dəstək görünmür.
Məqalədə israilli ekspert Arye Qutun fikrinə istinad edilir. Qut qeyd edir ki, Qərb Ermənistanı Azərbaycanla müqayisədə favorit hesab etməklə özünün milli maraqlarını təhlükə altına qoyur: belə münasibət Ermənistanda arxayınlıq yaradır ki, onun təcavüzkar siyasətinin heç bir nəticəsi olmayacaq. Bu il may ayında “Forward” qəzetində erməni mənşəli amerikalı ekspertin bir məqaləsi dərc edilib. O, İsraili Azərbaycandan fərqli olaraq Ermənistana yaxşı dost kimi baxmağa çağırırdı. Arye Qut bu ideyaya istehza edərək deyir: “Yaxşı münasibətlər insan ölçüsü amilindən başlanır. Bu gün Azərbaycanda 30.000 yəhudi yaşayır, əslən Azərbaycandan olan daha 70.000 yəhudi İsrailə köçüb. Ermənistanda isə yəhudilərin sayı 100 nəfərdən azdır, onlar da oradan çıxmağa çalışırlar”.
Maayan Caffe yazır: “Qərb Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsinə münasibətdə ikili standartlar siyasəti yürüdür. 20 ildən çoxdur ki, Dağlıq Qarabağın və Azərbaycanın ona bitişik digər yeddi rayonunun Ermənistan tərəfindən işğalı davam edir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü pozulur. Ermənistan tərəfindən işğal edilmiş və onun etnik təmizləmə siyasətini həyata keçirdiyi Dağlıq Qarabağ və digər yeddi rayon tarixən Azərbaycana məxsus olub və beynəlxalq birlik tərəfindən Azərbaycana məxsus ərazilər kimi tanınıb. Buna baxmayaraq, həmin ərazilər 1992-ci ildən işğal altında qalır. Amansız və qanlı münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və beləliklə, Cənubi Qafqaz regionu uzun sürən dondurulmuş münaqişəyə məruz qalıb”.
Maayan Caffe Azərbaycanın multikulturalizm sahəsində xüsusiyyətini və inkişaf etmiş başqa ölkələrdə islamofobiya və antisemitizm hallarının geniş yayıldığı bir vaxtda bu ölkədə yəhudi, müsəlman və xristian icmalarının dinc yanaşı mövcud olması faktını vurğulayır.
Maayan Caffe qeyd edir ki, 2015-ci ilin fevralında Los-Ancelesdə yerləşən “Sinay məbədi” sinaqoqunun üzvləri Azərbaycanın dağ yəhudiləri icmasına Sefer Tora (lülə şəklində bükülmüş Tövrat nüsxəsi) bağışlayıblar. Məqalə müəllifi yazır: “Mərasimdə 400-dən çox adam və Azərbaycandan gəlmiş nümayəndə heyəti, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Parlamentinin üzvü, yəhudi Yevda Abramov, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Dağ Yəhudiləri sinaqoqunun ravvini Avraam Yakubov iştirak edirdi”.
2015-ci ilin may ayında “Jewish Journal” jurnalında dərc edilmiş məqalədə Milix Yevdayev yazırdı: “Azərbaycan dünyada ən qədim yəhudi icmalarından birinin vətənidir. Biz yəhudilər əsrlər boyu burada hər hansı təqiblərə və ayrı-seçkiliyə məruz qalmadan, azərbaycanlı qardaş və bacılarımızla tam harmoniya şəraitində, sərbəst yaşayırıq... bu zalım zəmanədə mən özümü bəxtəvər hesab edirəm”.
İsrailin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz Azərbaycanı “total tolerantlıq ölkəsi” adlandırır. Harpaz “Jerusalem Post” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycanda yəhudilər və müsəlmanlar bir-birinə səmimi münasibət bəsləyir və hörmət edirlər, onlar bayramları birgə qeyd edirlər. Bu il yayda Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunları zamanı İsrail Bakıya 142 idmançı və məşqçidən ibarət geniş nümayəndə heyəti göndərib. İsrail Filarmoniyası Bakıya gələndə orada tamaşaçı ilə dolu zalda çıxış edir.

 
  • Oxunub:  24360  |  
  • Tarix:  19-09-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA