
“Europe online magazine” portalı Almaniyanın “dpa” informasiya agentliyinin bu ölkənin Türkiyədəki səfiri və NATO-dakı keçmiş daimi nümayəndəsi Martin Erdman ilə müsahibəsini yayıb. Səfir müsahibədə NATO-Rusiya münasibətlərindən, eləcə də regiondakı mövcud münaqişələrdən bəhs edib.
Diplomat Almaniyanın NATO-Rusiya Şurasının yenidən dirçəlməsinin tərəfdarı olduğunu, lakin bu məsələdə Alyans daxilində konsensus olmadığını bildirib. O, regiondakı münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Səfir beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu, lakin hazırda bu regiona Ermənistan tərəfindən nəzarət edildiyini vurğulayıb.
- Oxunub: 18720 |
- Tarix: 14-08-2015 |
-
Çap et |