Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Türkiyə XİN Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” pisləyən bəyanat yayıb

Türkiyə XİN Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” pisləyən bəyanat yayıb

01.05.2015 [10:32]

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək “parlament seçkiləri”ni pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir ki, 20 ildən artıqdır Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində bu il mayın 3-də “parlament seçkiləri”nin təşkil ediləcəyi məlum olub. Beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurasının qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu “seçkilər” Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həlli istiqamətində görülən işlərə ziyan vuracaq bir addımdır.
Bəyanatda Türkiyənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu addımı pislədiyi, qeyri-legitim hesab etdiyi bu “seçkiləri” tanımadığı vurğulanır. Bildirilir ki, Minsk qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin tapılması istiqamətində səyləri dəstəkləməyə davam edəcək.

Paylaş:
Baxılıb: 1298 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30