Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycan nümayəndə heyəti Yaponiya parlamentinin kitabxanası ilə tanış olub

Azərbaycan nümayəndə heyəti Yaponiya parlamentinin kitabxanası ilə tanış olub

24.04.2015 [10:06]

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Tokioda səfərdə olan Azərbaycan nümayəndə heyəti aprelin 22-də parlament kitabxanası ilə tanış olub.
Kitabxananın direktoru Noritada Otaki məlumat verib ki, parlament kitabxanası 1948-ci ildə təsis edilib. Bu, Yaponiyada yeganə dövlət kitabxanasıdır və eyni zamanda dünyanın ən çoxsaylı kitab fonduna malik kitabxanalarından biridir. Onun yaradılmasında məqsəd qanunvericilərə kitabxana xidmətinin təşkili və ictimaiyyəti deputatların fəaliyyəti ilə bağlı məlumatlandırmaqdır. Əhali ilə parlament arasında körpü rolunu oynayan kitabxana oxucuların deputatların qanunvericilik fəaliyyəti ilə tanış olması üçün hər cür şəraitə malikdir. Buradakı müasir texnologiyalar qanunvericilik sahəsində istənilən məlumatı əldə etməyə imkan yaradır.
Sonra Milli Məclisin sədrinə xatirə hədiyyəsi təqdim edilib.
Səmimi qarşılanmaya və ətraflı məlumata görə təşəkkürünü bildirən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda da zəngin fonda malik, müasir texnologiyalardan yararlanan kitabxanaların olduğunu bildirib. Qeyd edib ki, iki ölkənin kitabxanaları arasında əməkdaşlıq, təcrübə mübadiləsi xalqlar arasında əlaqələrin inkişafında da mühüm rol oynaya bilər.
Sonda nümayəndə heyəti kitabxana ilə tanış olub. Milli Məclisin sədri Oqtay Əsədov kitabxananın fəxri qonaqları kitabına ürək sözlərini yazıb.

Paylaş:
Baxılıb: 1260 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30