Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Gürcüstanda yaşayan müsəlmanlar Parisdə törədilən terror aktını pisləyirlər

Gürcüstanda yaşayan müsəlmanlar Parisdə törədilən terror aktını pisləyirlər

09.01.2015 [10:06]

Yanvarın 7-də Parisdə törədilmiş terror aktı bütün dünya ictimaiyyəti kimi, Gürcüstanda yaşayan müsəlmanları da ciddi narahat edir, ölkədəki İslam dini icmasının üzvləri bu cür əməlləri qətiyyətlə pisləyirlər.
AzərTAc xəbər verir ki, bu fikir yanvarın 8-də Gürcüstandakı müsəlmanların Məhəmməd peyğəmbərin və İsa Məsihin mövlud günü ilə əlaqədar keçirdikləri tədbirdə səslənib.
Çıxışlarda qeyd olunub ki, terrorçunun milləti, dini mənsubiyyəti olmur. Ona görə də bu cür terror aktlarını törədənləri İslam dini ilə əlaqələndirmək yolverilməzdir.
Gürcüstanın dövlət və hökumət üzvlərinin, Azərbaycanın, Türkiyə və İranın bu ölkədəki səfirliklərinin əməkdaşlarının, dini icmaların nümayəndələrinin iştirak etdikləri tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, dini ayinlər icra olunub.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov deyib ki, Gürcüstanda yaşayan insanlar dinindən, dilindən və irqindən asılı olmayaraq bərabər hüquqludurlar. Dövlət bu cür mərasimlərin keçirilməsinə daim dəstək verir. Gürcüstandakı müsəlmanlar bunu yüksək qiymətləndirir və daim dövlətçiliyə xidmət edirlər.
Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze müsəlmanları bayram münasibətilə təbrik edib, ölkəsindəki dini icmaların fəaliyyətindən danışıb. Bildirib ki, Gürcüstan dövləti ölkədəki dini icmaların inkişafına dəstək verir və bu siyasət davamlı olacaq.
Digər çıxış edənlər tədbirin əhəmiyyətindən, dini icmaların fəaliyyətindən danışıblar.
Çıxışlarda İslam dininin barış, bərabərlik, dostluq və qardaşlıq dini olduğu vurğulanıb.

Paylaş:
Baxılıb: 1077 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30