Ana səhifə »  Turizm »  Azərbaycanda turizm sektorunun inkişafı prioritet istiqamətlərdən biridir
A+   Yenilə  A-
Azərbaycanda turizm sektorunun inkişafı prioritet istiqamətlərdən biridir

Prezident İlham Əliyev: Ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur
Fransız mənşəli “tur” sözündən yaranan “turizm” “gəzinti”, “istirahət” və “əyləncə” mənalarını verir. Tədqiqatçılar “turist” sözünün ilk dəfə 1772-ci ildə, “tourism” sözünün isə 1811-ci ildə işlədildiyini bildirirlər. Bir zamanlar yalnız kübar təbəqə üçün əlçatan olan turizm zaman ötdükcə öz əhatə dairəsini genişləndirib və kütləvi hal alıb. Dünyada kütləvi turizmin əsasını isə 1841-ci ildə 570 nəfərin birgə gəzintisini təşkil edən ingilis Tomas Kuk qoyub. Hazırda dünyada turizmin əhəmiyyəti müqayisəyəgəlməz dərəcədə artıb. Təsadüfi deyil ki, son illərdə turizm dünyanın bir sıra inkişaf etmiş ölkələrində iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətinə çevrilib. Beynəlxalq Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq.
Azərbaycan qeyri-neft sektorunun bir qolu kimi turizmin inkişafına böyük diqqət göstərir
Odlar yurdu kimi tanınan Azərbaycan tarixən səyyahların diqqətini özünə çəkib. Respublikanın müxtəlif bölgələrində, o cümlədən də Bakıda, Qubada, Naxçıvanda, Şəkidə çoxlu sayda karvansaranın bu günümüzədək qalması deyilənləri bir daha təsdiqləyir. Azərbaycan Avropa, Asiya və Yaxın Şərq kimi geniş coğrafiyanı birləşdirən qədim İpək Yolunun ən önəmli məntəqəsi idi. Əlverişli coğrafi mövqedə yerləşən və təbii sərvətlərlə zəngin olan Azərbaycana dünyanın dörd bir tərəfindən tacirlər, sənətkarlar təşrif gətirir və burada böyük mədəniyyətlə tanış olurdular.
Qədim tarixdən gələn ənənələr bu gün də yaşayır. Quru və su sərhədlərinə malik olması, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizlərinin burada kəsişməsi, möhkəm daxili sabitlik, müasir infrastruktur, dinamik sosial-iqtisadi inkişaf, müxtəlif mədəniyyət növlərinin yüksək səviyyədə inkişaf tapması, flora və fauna müxtəlifliyi, multikulturalizm ənənələrinin qorunması, həmçinin digər müsbət amillər Azərbaycanda indiki dövrdə turizmin geniş inkişaf perspektivlərini şərtləndirir.
Eyni zamanda, son illərdə dövlət tərəfindən qeyri-neft iqtisadiyyatının mühüm bir qolu kimi ölkəmizdə turizmin inkişafına, bu sahədəki geniş potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirilir. Respublikamızda “Turizm haqqında” ayrıca qanun qəbul edilib. İndiyədək ölkəmizdə gəlirli sahə olan turizmin inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul edilərək böyük uğurla yerinə yetirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmanla ölkəmizdə ixtisaslaşdırılmış turizm sənayesinin yaradılması ilə bağlı ayrıca Strateji Yol Xəritəsi təsdiqlənib. Sənəddə gəlirli və respublikamızın tanıdılması ilə bağlı önəmli sahələrdən biri olan turizm sektorunun yaxın, orta və uzunmüddətli dövrdə inkişaf hədəfləri müəyyənləşdirilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 20 aprel 2018-ci il tarixində “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu sahədə dövlət siyasətini həyata keçirir.
Şübhə yoxdur ki, hava limanında ASAN Viza sisteminin tətbiqinə başlanılması ölkədə turizmin inkişafına yeni təkan verəcək. Ölkəmizdə “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamına uyğun olaraq ASAN viza sisteminin əhatə dairəsi genişləndirilir. 2018-ci il mayın 15-dən etibarən ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb. ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir. Quraşdırılmış ASAN Viza özünəxidmət terminalları xüsusi təyinatlı ümumvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nağd ödəmələr üçün əsginas qəbuledicilərlə təmin olunub. ASAN Viza portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla 7 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı, 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçirilir ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərir. Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunur.
Bütün bu deyilənlər respublikamızda qeyri-neft sektorunun mühüm bir qolu kimi turizmin inkişafına dövlət tərəfindən güclü şəkildə dəstək verildiyini təsdiqləyir. Yaradılan möhkəm hüquqi baza respublikamızın turizm potensialından daha səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar açıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində turizm sektorunun Azərbaycanın prioritetləri sırasında olduğuna növbəti dəfə diqqət çəkib. “Turizm sektorunun inkişafı prioritetlər sırasındadır. Mənim qərarımla Dövlət Turizm Agentliyi yaradıldı. Məhz o məqsədlə ki, bu sahəyə daha böyük dövlət dəstəyi göstərilsin”, - deyə dövlət başçısı vurğulayıb.
Həyata keçirilən tədbirlər Azərbaycanı turistlər üçün cəlbedici məkana çevirib
Həyata keçirilən tədbirlər, ölkəmizin müsbət reallıqları Azərbaycanı turistlər üçün cəlbedici məkana çevirib. Eyni zamanda, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, “Eurovision” müsabiqəsinin və Formula 1 yarışlarının önəmini xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, təkcə Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Formula 1 ona görə belə təşkil olunub ki, azarkeşlər təkcə yarışı izləməsinlər, həm də şəhərimizin gözəlliyinin, müasirliyinin şahidi olsunlar və beləliklə də, Azərbaycana daha çox sayda turist gəlsin. Prezident İlham Əliyev son illərdə ölkəmizə gələn turistlərin sayının artmasını müsbət hal kimi dəyərləndirib: “Son illərdə turistlərin sayının artması çox müsbət haldır. Deyə bilərəm ki, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdı”.
Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Yarım ildə Körfəz ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ümumilikdə ölkəmizə gələnlərin, demək olar ki, hər 5 nəfərindən 1-i Körfəz ölkələrindən olub.
Yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfərə çatıb. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.
Azərbaycana perspektivdə daha çox sayda turistin gələcəyi proqnozlaşdırılır. Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadənin məlumatına əsasən, ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. O bildirib ki, Bakının kommunikasiya və marketing planı hazırlanır və turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası üzrə də işlər görülür. Xüsusən paytaxtda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Hazırda turizm sektorunda bir neçə istiqamət üzrə bazarlar öyrənilir. Mütəxəssis onu da vurğulayıb ki, eko və aqro turizmin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bundan başqa, bələdçilərin, hotel işçilərinin, turizm menecerlərinin sayının artırılması nəzərdə tutulub.
Ölkəmizin beynəlxalq miqyasda turizm reytinqinin artması da əlamətdar haldır. “TurStat” analitik agentliyi rusiyalı turistlərin yay səyahətləri üçün MDB ölkələrinin populyar şəhərlərinin reytinqini təqdim edib. MDB şəhərlərinin reytinqi 2018-ci ilin yayında turist səfərlərinin populyarlığının təhlilinə əsasən tərtib edilib.
Bakı, Minsk, Almatı, Astana, Bişkek, Daşkənd, Kişineu, Düşənbə və Aşqabad 2018-ci ilin yayında rusiyalı turistlərin MDB-də üz tutduqları şəhərlərin onluğunda yer alıb. Agentliyin məlumatına görə, turistlər MDB şəhərlərinə yayda orta hesabla ikigünlük gəlir, sonra Bakıda Xəzəryanı kurortlarda, Belarusda Naroç gölündə, Almatıda Çimbulaq dağ kurortunda, Qazaxıstanda Borovoye kurortunda, Qırğızıstanda İssık-Kul gölündə dincəlirlər.
Turizm sektoru ölkəmiz üçün daimi gəlir mənbəyidir
Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Respublikamız müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılması sayəsində böyük həcmlərdə gəlirlər əldə edir. Bu gəlirlər məqsədyönlü şəkildə bütün ölkə boyu infrastruktur quruculuğuna, qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, şəhər və kəndlərin abadlaşdırılmasına istiqamətləndirilir. Ölkəmizə gələn neft gəlirlərinin bir hissəsi isə Dövlət Neft Fondunda toplanaraq strateji məqsədlər üçün saxlanılır. Son 15 ildə respublikamız özünün strateji valyuta ehtiyatlarını artıraraq 44 milyard dollara çatdırmağa nail olub.
Bununla belə, dünya təcrübəsindən də bəlli olduğu kimi, təbii ehtiyatlar, neft, qaz tükənən sərvətlərdir. Ölkəmizin füsunkar təbiəti isə xalqımız üçün daimi gəlir mənbəyi rolunda çıxış edə bilər. Prezident İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında bu amilə diqqət çəkərək deyib: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, cari ilin birinci yarısında Azərbaycandakı mehmanxanalarda gecələmələrin sayı 20 faizədək artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 milyon 288,9 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib ki, bu da ümumi gecələmələrin 72,6 faizini təşkil edir.
Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri 167 milyon manat olub ki, onun 66,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində turizmin ölkəyə valyuta gətirən sahə olduğunu xüsusi olaraq nəzərə çatdırıb: “Mən bunu demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir. Çünki bu, ölkəmizə valyuta gətirir. Bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləmişlər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir”.
Azərbaycanın bölgələrində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması qürurverici haldır
Məlumdur ki, Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrində cəmləşib. Buna görə də turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Respublikamızda müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Dünyanın bir sıra aparıcı hotel brendlərinin respublikamızda cəmləşməsi qürurverici haldır.
Son illərdə ayrı-ayrı turist marşrutları üzərində yaradılan yüksək səviyyəli turizm obyektlərindən biri “Şahdağ” qış-yay turizm kompleksidir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və bütün ilboyu fəaliyyət göstərir.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Kompleksin birinci mərhələsinin açılışı 2014-cü ilin yanvarında dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, hotel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Ümumiyyətlə, respublikamızın dilbər guşələrindən olan Qəbələnin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparılır. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Qəbələdə turizm sektorunun inkişafı istiqamətində son illərdə həyata keçirilən layihələrdən məmnunluğunu ifadə edərək deyib: “Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə, Qəbələyə bu qədər turist gəlməzdi”.
Qeyd etmək xoşdur ki, hazırda Qəbələdə yay turizm mövsümü uğurla davam edir. Hazırda Qəbələnin irili-xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə yemək və hotel xidməti göstərmək mümkündür. İstirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropanın ləziz yeməkləri təklif olunur. Rayonun istirahət mərkəzləri hotel xidmətlərinə 15-20 faizədək, restoran xidmətlərinə isə 10 faizədək endirim ediblər.
Beşulduzlu hotellər və istirahət mərkəzlərinin əksəriyyəti qonaqlara kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir. Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən yüksək şəraitə malik kənd evlərində istirahət etməyə üstünlük verirlər. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud, Həmzəli kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur.
Respublikanın ərazisindəki digər turist marşrutları üzrə də yeni infrastruktur və turistyerləşdirmə obyektləri yaradılır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sənəd “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə imzalanıb. Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon manat vəsait ayrılıb.
Dövlət Turizm Agentliyinin məlumatına əsasən, qurumun tabeliyində olan bir sıra dövlət qoruqlarında turizm imkanları genişləndiriləcək. Agentlikdən bildirilib ki, bu qoruqların konsepsiyası əsasında turizm sahəsinin səmərəliliyi daha da artırılacaq. Əsas məqsəd bu ərazilərin turizm imkanları ilə tanış olacaq turistlərin həm yaşayış sahələrində, həm də qoruq ərazisində yaxşı vaxt keçirmələrini təmin etməkdir.
Eyni zamanda, unikal yaşayış məskəni olan Xınalıq kəndinin turizm imkanları genişləndirilir. Yaxın zaman ərzində qoruqda yeni idarəetmə üsullarının tətbiqi, qoruğun unikal görünüşünün və qədimiliyinin, eləcə də tarixi-mədəni-arxeoloji xüsusiyyətlərinin qorunub saxlanılması ilə bağlı yeni infrastruktur layihələrinin reallaşdırılması qərara alınıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  21330  |  
  • Tarix:  09-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 22:31
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
22 Noyabr 21:15
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
22 Noyabr 20:57
Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb
22 Noyabr 20:31
Firudin Qurbanov: Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir
22 Noyabr 20:30
Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizədə təcrübəsi beynəlxalq sənədin qəbulunda nəzərə alınıb
22 Noyabr 20:26
Bələdiyyə seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr edilib
22 Noyabr 20:25
Varşavada erməni təxribatının qarşısı alınıb
22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA