Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
06.03.2021 [08:44]
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq. Belə ki, veb səhifədə jestlərin şəkilləri, videoları, eyni zamanda jestlərin göstərilməsi ilə bağlı izahedici mətnlər yerləşdiriləcək. Veb saytın digər üstünlükləri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Lüğətdə 3000-ə yaxın sözün jest dilində tərcüməsi göstəriləcək. Qeyd edək ki, “Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Bundan başqa, saytın mobil versiyası da hazırlanacaq.
“Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə, jest lüğətinin elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə bir neçə qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. “Doğma jest dili” lüğətinin elektron formada olması ilə eşitmə məhdudiyyəti olan uşaqların valideynləri və onların yaxınları daha çox söz toplusu əldə edə biləcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Veb səhifədə sözlərin şəkillər və videolarla izahı ilə yanaşı, jest dilinin mimika ilə ifadə edilən işarələrini də görmək mümkün olacaq. Layihənin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə RİİB-ə və “Nar”a təşəkkür edirik”.
Xatırladaq ki, “Karlara Dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır. Qeyd edək ki, “Nar” bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda “Təlim məktəbi” təşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
26 Aprel 21:02
Siyasət
26 Aprel 20:19
Xəbər lenti
26 Aprel 20:17
Siyasət
26 Aprel 18:49
Xəbər lenti
26 Aprel 18:32
Xəbər lenti
26 Aprel 17:31
Gündəm
26 Aprel 17:25
YAP xəbərləri
26 Aprel 17:22
Siyasət
26 Aprel 17:12
Dünya
26 Aprel 16:36
Turizm
26 Aprel 16:31
Xəbər lenti
26 Aprel 15:59
Xəbər lenti
26 Aprel 15:40
Siyasət
26 Aprel 15:23
Xəbər lenti
26 Aprel 15:09
İqtisadiyyat
26 Aprel 15:03
Gündəm
26 Aprel 15:01
Siyasət
26 Aprel 15:00
Xəbər lenti
26 Aprel 14:58
Siyasət
26 Aprel 14:51
Gündəm
26 Aprel 14:48
Xəbər lenti
26 Aprel 14:47
Xəbər lenti
26 Aprel 14:30
Siyasət
26 Aprel 14:14
Xəbər lenti
26 Aprel 14:12
Xəbər lenti
26 Aprel 13:18
Xəbər lenti
26 Aprel 13:16
Dünya
26 Aprel 13:04
Xəbər lenti
26 Aprel 13:02
Xəbər lenti
26 Aprel 12:59
Xəbər lenti
26 Aprel 12:46
Sosial
26 Aprel 12:44
Xəbər lenti
26 Aprel 12:32
Gündəm
26 Aprel 12:28
Xəbər lenti
26 Aprel 12:15
Siyasət
26 Aprel 12:13
İqtisadiyyat
26 Aprel 12:11
Siyasət
26 Aprel 12:05
Xəbər lenti
26 Aprel 11:26
Sosial
26 Aprel 11:15
Ədəbiyyat
26 Aprel 11:10
Dünya
26 Aprel 11:06
Xəbər lenti
26 Aprel 11:04
MEDİA
26 Aprel 11:00
Analitik
26 Aprel 10:55
Siyasət
26 Aprel 10:50
Xəbər lenti
26 Aprel 10:45
Siyasət
26 Aprel 10:40
Xəbər lenti
26 Aprel 10:37
Gündəm
26 Aprel 10:35
Gündəm
26 Aprel 10:30
Ədəbiyyat
26 Aprel 10:27
Xəbər lenti
26 Aprel 10:25
İqtisadiyyat
26 Aprel 10:23
Siyasət
26 Aprel 10:20
Xəbər lenti
26 Aprel 10:13
İqtisadiyyat
26 Aprel 10:10
Gündəm
26 Aprel 10:00
Xəbər lenti
26 Aprel 09:49
Xəbər lenti
26 Aprel 09:38
Xəbər lenti
26 Aprel 09:30
Xəbər lenti
26 Aprel 09:28
Siyasət
25 Aprel 22:08
Dünya
25 Aprel 21:50
Xəbər lenti
25 Aprel 18:20
Xəbər lenti
25 Aprel 18:16
Xəbər lenti
25 Aprel 18:13
YAP xəbərləri
25 Aprel 17:49
Gündəm
25 Aprel 17:40
YAP xəbərləri
25 Aprel 17:06