Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Siyasi partiyaların nümayəndələrinin koronavirus əleyhinə vaksinasiyası aparılır

Siyasi partiyaların nümayəndələrinin koronavirus əleyhinə vaksinasiyası aparılır

24.02.2021 [09:10]

Siyasi partiyaların nümayəndələrinin koronavirus əleyhinə vaksinasiyası aparılır.
AZƏRTAC xəbər verir ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında siyasi partiyaların nümayəndələrinin vaksinasiyası aparılır.
M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının həkim-reanimatoloqu Samirə Ağalarova mətbuat nümayəndələrinə bildirib ki, hazırda 7 siyasi partiyanın sədrləri və nümayəndələri olmaqla, ümumilikdə 22 nəfər vaksinasiyadan keçib. Vaksinin heç bir əks təsiri olmadığını deyən həkim vaksinasiyanın əhalimizin sağlamlığının qorunması üçün mühüm olduğunu qeyd edib. Bildirib ki, COVID-19 virusuna qarşı mübarizədə vaksinləşmə olduqca önəmlidir.
Həkim bildirib ki, Azərbaycan dövləti ilk gündən vətəndaşlarının sağlamlıqlarının qorunması üçün virusa qarşı ciddi mübarizə aparıb. Vaksinləşmə prosesi də bu prosesin əsas tərkib hissəsidir.
Vaksinasiyadan keçən siyasi partiya rəhbərləri və nümayəndələri koronavirusla mübarizədə peyvəndləmənin əhəmiyyətini qeyd edib, bütün vətəndaşlarımızın bu prosesdə iştirakının vacibliyini vurğulayıblar. Onlar vaksinasiyanın tam təhlükəsiz olduğunu ifadə ediblər.
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Bu günə qədər 200 mindən çox vətəndaş vaksinasiya edilib.

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30