Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncədə “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb

Gəncədə “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb

08.01.2021 [09:10]

“İlhamla Mehribanla Zirvələrə Azərbaycan” (İMZA) Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndə heyətinin Gəncəyə ikigünlük səfəri çərçivəsində növbəti görüş Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında keçirilib. İctimai Birliyin nümayəndə heyətinin Gəncəyə səfəri Prezident İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsi ilə eyni vaxta təsadüf edib.
Qurumun beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli AZƏRTAC-a bildirib ki, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında keçirilən görüşdə İctimai Birliyin sədri Xəyyam Əsgərov və Milli Məclisin deputatı Naqif Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatı ilə “İMZA”nın Qərb regional birliyinin “Nizami Gəncəvi İli” çərçivəsində ortaq tədbirlər, yığıncaqlar, Nizami irsinin, yaradıcılığının öyrənilməsi, dünyada təbliği məqsədilə ədəbiyyat gecələrinin birgə təşkili ilə bağlı müzakirələr aparıblar.
Bildirilib ki, Nizami yurdunda böyük şairin 880 illik yubileyi münasibətilə keçiriləcək tədbirlər qədim Gəncənin və onun dahi şəxsiyyətlərinin, ziyalılarının, elm və mədəniyyət xadimlərinin Azərbaycan ədəbi fikrinin formalaşmasındakı rolunun bütün dünyada tanıdılmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu günədək Nizami Gəncəvi irsinin dünyada təbliği istiqamətində mühüm işlər görüb, çoxsaylı tədbirlər keçirib. Həmin təcrübənin öyrənilməsi və gələcəkdə təşkil olunacaq tədbirlərdə tətbiqi çox önəmlidir. Bu mənada “İMZA”nın kollektivi Heydər Əliyev Fondunun təcrübəsindən faydalanmaq niyyətindədir.
Qeyd edək ki, Birliyin nümayəndələrinin belə səfərləri bundan sonra daha intensiv xarakterli olacaq.

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31