Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda mövsümi ağacəkmə və yaşıllaşdırma işləri geniş vüsət alıb

Bakıda mövsümi ağacəkmə və yaşıllaşdırma işləri geniş vüsət alıb

04.12.2020 [08:56]

Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri geniş şəkildə davam edir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülən işlərin əsas məqsədi paytaxt ərazisində yaşıllıq sahələrinin artırılmasıdır. Bununla əlaqədar birlik tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb və işlər ona uyğun olaraq aparılır.
Bildirilib ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı, yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik ağcaqayın ağaclarından da istifadə olunur. Bu gün ərzində Birliyin əməkdaşları tərəfindən paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində əsas magistral yolun kənarında müxtəlif tullantılarından təmizlənmiş sahələrdə 1000-dən çox yeni ağac əkilib, ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilib.
Eyni zamanda, şəhərin mərkəzindəki Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Yusif Səfərov və digər küçələrdə mövcud ağacların dibində qırmızı sarmaşıqlar əkilib, güllərdən müxtəlif kompozisiyalar düzəldilib. Küçə və yol kənarlarında sınmış, qurumuş, ətrafdakılar üçün təhlükə yaradan ağaclar yeni, həmin əraziyə gözəllik verəcək ağaclarla əvəz edilir.
Mövsüm ərzində Bakı şəhərində 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub. Təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq.
Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün daha da yaxşılaşdırılmasına imkan verəcək.

Paylaş:
Baxılıb: 438 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30