Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının kollektivi adından direktor Arif Rüstəmov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubu göndərib.
Məktubda qeyd olunur ki, sentyabrın 27-dən başlayan Vətən müharibəsi tarixi zəfərimizlə sona yetdi: “Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu Qələbə düşmənlə yanaşı, bütün dünya dövlətlərinə Azərbaycanın və onun Şanlı Ordusunun gücünü, qüdrətini göstərdi. 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi Sizin qətiyyətiniz və igid oğullarımızın qəhrəmanlığı sayəsində Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı”.
Məktubda bu böyük Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirdiyi, bütün təzyiqlərə sinə gərərək onların hamısını dəf etdiyi, öz prinsipial mövqeyindən bir an belə geri çəkilmədiyi vurğulanıb. Vətən müharibəsi dövründə ölkəmizdə xalq-Prezident, ordu-xalq birliyinin bir daha şahidi olunduğu diqqətə çatdırılıb.
“Xalqımız tarixi bir dövr yaşayır. Hər birimiz Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq. Bu tarixi günü, bu qüruru bizə Siz - Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu bəxş etdiniz”, - deyə məktubda vurğulanıb.
Əldə edilən böyük Qələbəyə görə BDU-nun Qazax filialının kollektivi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıq, inam və etimadını bildirib.
- Oxunub: 1710 |
- Tarix: 13-11-2020 |
-
Çap et |