Ana səhifə »  Sosial »  “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda beynəlxalq konfrans keçirilib
A+   Yenilə  A-
“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useymin, İslam aləminin, o cümlədən Yaxın Şərq, Afrika, Avropa və Asiyanın nüfuzlu siyasi-ictimai xadimləri və dini rəhbərləri iştirak ediblər.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbirin açılış mərasimində çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Allahşükür Paşazadə Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib.
QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmək, öz əzəli torpaqlarını erməni işğalından azad etmək uğrunda haqq mübarizəsinə verdikləri siyasi-mənəvi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, Türkiyə, İran, Pakistan və Əfqanıstanın dövlət rəhbərlərinə və xalqlarına, İslam aləminin tanınmış şəxsiyyətlərinə, nüfuzlu dini liderlərinə və ictimai xadimlərinə dəstək bəyanatlarına və həmrəylik məktublarına görə dərin minnətdarlığını ifadə edib.
A.Paşazadə Ermənistanın öz işğalçılıq siyasətini və insanlığa qarşı müharibə cinayətlərini davam etdirərək Azərbaycanın Gəncə, Bərdə, Tərtər, digər şəhər və yaşayış məntəqələrində dinc əhalimizə qarşı terrorunu, işğal olunmuş ərazilərimizdə erməni ekstremistləri tərəfindən yüzlərlə məscid, məbəd və kilsənin, minlərlə məzarlığın dağıdılması, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılması və dini məbədlərin qriqoryanlaşdırılması, hətta əsarətdə qalan məscidlərimizin tövləyə çevrilərək orada İslamda haram buyurulan heyvanların saxlanılması kimi təhqir əməlləri barədə konfrans iştirakçılarına məlumat verib. Şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsinin bu işğalçılıq və vandalizm əməllərinə dəstək verərək Azərbaycanın işğal olunmuş ərazilərində ölənədək vuruşmağa çağırışlarını sülhə deyil, ölümə, işğala, təcavüzə xeyir-dua verməsini dini mərkəzə yaraşmayan və xristianlığın hökmlərinə zidd olan nifrətə çağırış nümunəsi kimi qiymətləndirib.
Şeyxülislam bütün İslam ölkələrinə müraciət edərək Ermənistana Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi, hərbi yardımlar göstərməməyə, o cümlədən öz ərazilərindən həmin məqsədlə təyinatlı daşımalara və muzdluların hərəkətinə yol verməməyə çağırıb.
Azərbaycanda Qələbənin və Dövlət Bayrağı Gününün qeyd olunduğunu bildirən QMİ sədri bu günlər işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın qədim şəhəri Şuşada Azərbaycanın üçrəngli Dövlət Bayrağının dalğalanmasını və azan səsinin ucalmasını böyük nemət kimi dəyərləndirib, bu münasibətlə xalqımızı təbrik edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti sayəsində bütün torpaqlarımızın azad olunacağına, orada məscidlərimizi və ibadətlərimizi bərpa edəcəyimizə əminliyini ifadə edib.
Konfransda çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində mübarizəsinə İƏT-in hər zaman dəstək verdiyini xüsusi vurğulayıb. Təşkilat tərəfindən son dövrdə verilmiş bəyanatların məhz bu baxımdan önəmini xatırladan İƏT təmsilçisi Azərbaycan Respublikası ilə həmrəy olduğunu bildirib, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarlarını xatırladıb, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında iki ölkə arasındakı münaqişənin siyasi həllinə tərəfdar olduğunu bildirib.
Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı Ali Erbaş Qarabağın ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, bu zəfərlərin davamlı olmasını arzulayıb. A.Erbaş beynəlxalq hüququ, insani, vicdani və əxlaqi əsasları heçə sayan, günahsız dinc insanların qanını tökən, mülki binaları hədəfə alan Ermənistanın həyata keçirdiyi terror aktlarını lənətlədiyini bildirib, eyni tarix, din, mədəniyyətin mənsubu olduqları dost və qardaş Azərbaycan xalqı ilə bir ürək kimi olduqlarını, ölkəmizin Azərbaycanın haqlı mübarizəsində daim onu dəstəkləyəcəklərini vurğulayıb.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Torkaman İranın Ali Rəhbəri Ayətullah-üzma Seyyid Əli Xamneyinin Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatına istinad edib. Bildirib ki, İran BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququnu dəstəkləyir. Bu yolda İslam ölkələrinin bir-birini müdafiə etməsi zəruridir. Təşkilat sədri Şuşanın azad olunması və Qələbə münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.
Beynəlxalq İslam Üləmaları Birliyinin Baş katibi Əli Muhyiddin Əl-Qaradaği 93 dövlətdən on minlərlə üləmanın üzv olduğu, onlarca üləma cəmiyyətinə malik təşkilat kimi Beynəlxalq Müsəlman Üləmaları İttifaqının, Allahın izni ilə, həmişə haqqın tərəfində durduğunu bəyan edərək, özünün, torpağının və suverenliyinin müdafiəsində duran doğma Azərbaycan xalqının yanında olduqlarını, təcavüzkar dövləti pisləyən, Azərbaycanın işğal altındakı bütün torpaqlarından Ermənistan silahlı birləşmələrinin çıxarılmasını tələb edən, təcavüzün və işğalın gec-tez acı aqibət gözlədiyini özündə əks etdirən geniş bəyanat verdiklərini diqqətə çatdırıb. Həmin bəyanatda vurğulanır ki, Ermənistan təcavüzkar dövlətdir, beynəlxalq qanunlara uyğun olaraq işğal etdiyi ərazilərdən mütləq çıxmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzünün reallıqları barədə konfrans iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Ermənistan xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb edir, münaqişəni dini müstəvidə təqdim etməyə cəhdlər göstərir.
Misirin Parlament sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Əl-Seyyid Mahmud Əl-Şərif Misir-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən bəhs edib, ölkəmizin haqlı mübarizəsinə dəstəklərini vurğulayıb və beynəlxalq konfransın gündəliyinə dair məsələlərə öz münasibətini bildirib.
ISESCO-nun Baş direktoru Salem bin Məhəmməd əl-Maliki çıxışında Azərbaycanın işğal altındakı torpaqlarında erməni vandalizminə uğramış ümumislam əhəmiyyətli dini-mənəvi irsin qorunmasının vacibliyinə toxunub.
Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli ölkəsinin qardaş Azərbaycan dövlətinə hər zaman olduğu kimi, bu günlərdə mənəvi-siyasi dəstəyini ifadə etməsinin dostluq və qardaşlıq borcu olduğunu diqqətə çatdırıb, Qələbə münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.
Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həlimi Azərbaycan xalqını Şuşa zəfəri münasibətilə təbrik edib, ölkəmizin Dağlıq Qarabağ bölgəsində haqq savaşına daimi və davamlı dəstəyini bildirib, qəlbən və ruhən hər zaman Azərbaycanın və onun haqq işinin yanında olmaqdan qürur duyduqlarını diqqətə çatdırıb.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri Usmonxon Alimov ölkəsinin Azərbaycana qardaş münasibətlərinin tarixi köklərə malik olduğundan danışıb, müstəqil dövlətlərimiz arasında dini-mənəvi əlaqələrin, ortaq mədəni irsin yüksək səviyyədə qorunub saxlanılmasına dair fikirlərini, konfransın mövzusuna dair baxışlarını bölüşüb. Azərbaycanın haqq işi uğrunda apardığı ədalətli mübarizəsinə mənəvi dəstəyini ifadə edən özbəkistanlı müfti ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə həlak olmuş hərbçilər və dinc sakinlərə görə Azərbaycan xalqına başsağlığı verib.
İslam Əməkdaşlığı Təşkilatı nəzdindəki IRCICA-nın Baş direktoru Halit Eren Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib, Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə qınadığını və Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərini qeyd-şərtsiz boşaltmalı olduğunun vacibliyini vurğulayıb.
Seneqal Respublikası Prezidentinin Dini işlər üzrə müşaviri Şeyx Məhəmməd Mənsur Nias çıxışında Azərbaycan hökumətinin və xalqının yanında olduğunu bildirərək, ölkəsində xalqımızın və Müzəffər Ali Baş Komandanımızın Qələbəsi üçün xüsusi dua məclisləri təşkil etdiklərini diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, Qələbə Azərbaycanladır, çünki o, İslam bayrağını qaldırır, insanları İslama müdriklik və gözəl öyüd-nəsihətlə dəvət edir.
Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri Əhməd Təmim Ukrayna müsəlmanlarının Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini dəstəklədiyini, təcavüz nəticəsində dinc insanların qətlə yetirilməsi hallarını qətiyyətlə qınadığını ifadə edib.
İtaliya Müsəlman İcmasının prezidenti, Milan məscidinin imamı Yəhya Pallaviçini, Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibo, Bolqarıstanın müftisi Mustafa Alış Hacı, Monteneqronun müftisi Rifat Feyzic, Macarıstan Müsəlman İcmasının sədri Zoltan Robert Bolek, Mərakeş Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzinin prezidenti Əziz Əl-Kobaiti İdrisi, Qırğızıstan Müsəlmanları İdarəsinin sədri Maksatbek Toktomuşev Qazaxıstandakı Nursultan Nazarbayev Dinlərarası və Mədəniyyətlərarası Dialoqun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Altay Abibullayev, Tanzaniya Milli Müsəlman Şurasının sədri Xamis Səid Mataka və digərləri çıxışlarında beynəlxalq hüquqa əsasən Azərbaycanın öz suveren haqlarını bərpa etmək, öz təhlükəsizliyi və ərazi bütövlüyünün toxunulmazlığı uğrunda mübarizəsini dəstəklədiklərini, bu haqlı savaşın tezliklə qalibiyyətlə başa çatması üçün dualar etdiklərini xüsusi vurğulayıblar.
Sonda konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik müraciəti və yekun sənəd - Bəyanat qəbul ediblər.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  11-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

28 Yanvar 16:32
Mesut Özil: Azərbaycana təşəkkür edirəm
28 Yanvar 16:30
Kann festivalı nə zaman keçiriləcək?
28 Yanvar 16:11
Azərbaycanlı deputat AŞPA-da sosial medianın təhdidlərindən danışıb
28 Yanvar 16:07
“YAŞAT” Fondu ilə media rəhbərləri arasında görüş keçirilib
28 Yanvar 16:04
Şuşada qeydiyyatdan keçmiş 210 abidə var
28 Yanvar 15:16
Şuşa təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət paytaxtına çevriləcək
28 Yanvar 15:09
“TRT Haber” telekanalı Azərbaycanla bağlı xüsusi reportaj yayıb
28 Yanvar 14:41
Karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır
28 Yanvar 14:22
Azərbaycan Texniki Universiteti ilə “Caspian Cable” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
28 Yanvar 14:18
İşğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşu ilə bağlı 80 müraciət daxil olub
28 Yanvar 14:13
Türkiyəli psixoterapevtlər vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlayıblar
28 Yanvar 13:32
Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
28 Yanvar 13:22
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28 Yanvar 13:16
Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ilin noyabrında keçiriləcək
28 Yanvar 13:12
Şəhid mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirilib
28 Yanvar 13:11
Yusif Abdullayev: Pakistan və Yaponiyada Azərbaycan ticarət evlərinin açılması ilə bağlı müraciətlər var
28 Yanvar 12:52
Sevinc Hüseynova: Ölkəmizdə şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı yüksək səviyyədədir
28 Yanvar 12:52
Azərbaycan-Vatikanın əlaqələri ilə bağlı müzakirələr aparılıb
28 Yanvar 12:43
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə sənəd qəbulu başa çatıb
28 Yanvar 12:28
Qızılağac Milli Parkının mühafizə yegerlərinə və müfəttişinə qarşı zor tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb
28 Yanvar 12:21
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
28 Yanvar 12:10
UEFA Avropa çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı öhdəliyini təsdiqləyib
28 Yanvar 12:08
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif edilib
28 Yanvar 12:06
Əziz Şuşa, adınla böyü
28 Yanvar 12:04
Vaşinqtonda Azərbaycandan Avropaya kommersiya qaz nəqlinin başlanmasına həsr edilmiş müzakirələr aparılıb
28 Yanvar 12:00
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb
28 Yanvar 11:43
Ölkəmizdə Şərqi Qafqaz turunun sayı artıb
28 Yanvar 11:37
İnformasiya və rabitə müəssisələri ötən ay 239,8 milyon manatlıq xidmət göstərib
28 Yanvar 11:35
Keçən ay nəqliyyat vasitələri ilə 17,6 milyon ton yük daşınıb
28 Yanvar 11:28
Son bir ildə 955 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib
28 Yanvar 11:14
Şuşa nəinki Azərbaycanın, Qafqazın mədəniyyət paytaxtı kimi mühüm mərkəzə çevriləcək
28 Yanvar 10:54
ÜST-nin Çinə göndərdiyi missiya karantin dövrünü başa vuraraq araşdırmalara başlayır
28 Yanvar 10:43
Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək?
28 Yanvar 10:42
Vətən müharibəsində evi tam dağıdılmış və qəzalı vəziyyətə düşmüş vətəndaşlara yardımların verilməsi yekunlaşır
28 Yanvar 10:41
NK: Fevralın 1-dən restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək
28 Yanvar 10:39
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Alıbəyli kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
28 Yanvar 08:58
Ermənistanın təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına başlanılıb
28 Yanvar 08:54
Məğlub Ermənistanda yeni siyasi kataklizmlər...
28 Yanvar 08:52
Vaksinasiyadan öncə və sonra: necə qidalanmalı, nəyə diqqət etməli?

28 Yanvar 08:50
Radikal müxalifətin növbəti manipulyasiya cəhdi...

27 Yanvar 22:40
ATƏT PA-nın “Fəaliyyətə Çağırış” İşçi Qrupunun “Ortaq məqsədin təsdiqlənməsi” mövzusunda ilk iclası keçirilib
27 Yanvar 21:27
Azay Quliyev ATƏT PA-da Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışıb
27 Yanvar 21:01
Səməd Seyidov AŞPA prezidenti Hendrik Daems ilə görüşüb
27 Yanvar 20:24
“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib
27 Yanvar 19:25
Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir
27 Yanvar 19:18
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
27 Yanvar 18:31
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bələdiyyə nümayəndələri ilə görüş keçirilib
27 Yanvar 18:26
Rusiya Prezidenti Qarabağa dair üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib
27 Yanvar 18:21
Yaponiyanın səfiri “ASAN xidmət”də
27 Yanvar 18:12
Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 18:10
Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq
27 Yanvar 18:09
Polis əməkdaşları ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndiriblər
27 Yanvar 17:58
Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
27 Yanvar 17:54
Malik Həsənov: Azərbaycan gələcək illərdə İKT sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək
27 Yanvar 17:52
Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir
27 Yanvar 17:50
Pərvin Kərimzadə: “Böyük Qayıdış” işğaldan azad olmuş torpaqları dircəldəcək
27 Yanvar 17:44
Nigar Arpadarai: Azərbaycan ərazilərində saxlananlar “müharibə əsirləri” deyil, diversant və terrorçu qruplardır
27 Yanvar 17:34
Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir
27 Yanvar 17:31
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
27 Yanvar 17:30
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
27 Yanvar 17:19
Azərbaycanın xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
27 Yanvar 17:16
Hikmət Hacıyev: Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatı dövlətlər arasındakı sıx əlaqələri, inteqrasiyanı nəzərdə tutan ideyadır
27 Yanvar 17:14
Yeni kitab: “Münxendən başlayan zəfər”
27 Yanvar 16:43
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir
27 Yanvar 16:33
Azərbaycanda koronavirusdan 601 nəfər sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb
27 Yanvar 16:20
Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb
27 Yanvar 16:12
Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi
27 Yanvar 16:11
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır
27 Yanvar 16:03
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
27 Yanvar 16:01
ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6