Ana səhifə »  Sosial »  Ordumuzun cəbhədə qazandığı qələbələr ağdamlıları daha da ruhlandırır
A+   Yenilə  A-
Ordumuzun cəbhədə qazandığı qələbələr ağdamlıları daha da ruhlandırır

Düşmənin hərbi təxribatları və vandalizm aktları rayon sakinlərini qətiyyən qorxutmur
Məlum olduğu kimi, otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti təcavüzkar addım atıb. Belə ki, həmin gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Ermənistanın həm mülki əhalini və yaşayış məntəqələrini, həm də hərbçilərimizi hədəfə alan bu cinayətkar əməlinə cavab olaraq düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu ötən müddət ərzində 3 şəhəri, bir neçə qəsəbəni və 100-dən çox kəndi işğaldan azad edib.
Lakin faşist və yırtıcı xüsusiyyətə malik olan düşmən ölkə bu dəfə də dinc, mülki insanları hədəfə alıb. Cəbhədə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları qarşısında aciz qalaraq geri çəkilən Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmaqda davam edir. Məlumat üçün bildirək ki, sentyabrın 27-dən etibarən Ermənistan hərbçilərinin Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində yaşayış evlərinə, yardımçı binalara, məktəblərə, mağaza və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına, aqrar sahəyə ziyan dəyib. Ancaq düşmənin terror əməllərinə baxmayaraq cəbhə bölgəsində yaşayan sakinlərdə, o cümlədən Ağdam sakinlərində böyük ruh yüksəkliyi var. Onlar Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandana və dövlətimizə güvənir, son və həlledici qələbənin uzaqda olmadığına inanırlar.
Bu barədə bir qədər sonra, hələlik isə bildirək ki, işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının köməyi ilə Dağlıq Qarabağı zəbt etdikdən sonra bununla kifayətlənmədi. Azərbaycanın daha 7 rayonu düşmən dövlətin silahlı qüvvələrinin təcavüzünə məruz qaldı. Belə inzibati-ərazi vahidlərindən biri də Ağdam rayonudur. Bəhs olunan dövrdə Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən digər yaşayış məntəqələri kimi, Ağdama da düşmən hücumlarının ardı-arası kəsilmirdi. Nəhayət, 1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ağdam şəhəri süqut etdi.
Düşmənə qarşı mərdliklə döyüşən qədim türk yurdu
Düşmənin uzun müddət ərzində Ağdamın işğalına can atmasının bir neçə səbəbi vardı. Bu, ilk növbədə o amillə bağlı idi ki, qədim türk yurdu Ağdam həm dağlıq, həm də aran Qarabağın strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsidir. Məlumat üçün bildirək ki, Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün, əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan memarlıq abidələri var.
Erməni işğalçılarının bu rayonu hədəfə almasının digər səbəbi isə onunla bağlı idi ki, düşmən Ağdamı ilhaq etməklə Dağlıq Qarabağdakı qondarma, separatçı rejimin təhlükəsizliyinə böyük təminat yaratmış oldu. Bu məqamda qeyd edək ki, Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər rayonları ilə həmsərhəd olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ümumi sahəsi 1094 kvadrat km olan rayonun relyefi, əsasən düzənlik, qismən dağlıqdır. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Hazırda böyük bir hissəsi erməni işğalı altında olan rayonun 10 kəndi Azərbaycanın nəzarətindədir. Ağdam Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən müharibənin çətinliklərinə ən çox məruz qalan yaşayış məntəqələrindəndir. Ağdam sakinləri 1988-ci ildən başlayaraq əvvəlcə Ermənistandan, sonradan isə Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınlara tərəddüdsüz qucaq açır, onların çətinliklərini bölüşürdülər. Eyni zamanda, ağdamlılar düşmənlə döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalıblar. Ermənistan silahlı birləşmələrinə qarşı döyüşlər zamanı rayonda 6 min nəfərə yaxın həmvətənimiz şəhid olub. Rayonun 16 Milli Qəhrəmanı var. Düşmənin işğalı nəticəsində rayonun 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq tamamilə məhv edilib. O cümlədən 143 min ağdamlı öz doğma yurdundan didərgin düşüb. Hazırda ümumi sayı 198.600 nəfər olan əhalinin 90 min nəfərə qədəri rayonun öz ərazisində yaşayır, qalanı isə respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Ağdamın çoxlu sayda yaşayış məntəqəsi düşmən təcavüzünə məruz qalsa da, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi. Azərbaycanın nəzarətində qalan ərazilərdə tezliklə infrastrukturun bərpasına başlanıldı. Ölkənin digər bölgələrində məskunlaşmaq məcburiyyətində qalan ağdamlıların rayonla əlaqələri bərpa olundu. Ulu Öndər ağdamlı məcburi köçkünlərin sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılmasına böyük diqqət göstərirdi. Bu məqsədlə təkcə 2001-2002-ci illər ərzində imzalanan üç Fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitini yaxşılaşdırmaq və onların məskunlaşma, məşğulluq kimi problemlərini həll etmək üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılıb və bunun müqabilində 18 qəsəbə salınıb, 6076 mənzil tikilib, yüzlərlə zəruri infrastruktur obyekti inşa edilib, beş mindən artıq ailəyə birdəfəlik yardımlar göstərilib. Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin sentyabr ayında imzaladığı Fərmandan ağdamlı məcburi köçkünlər də bəhrələniblər. Belə ki, Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Erge ərazilərində inşa edilən 500 mənzillik qəsəbələr ağdamlılara dövlət tərəfindən göstərilən qayğının təzahürü idi. Qeyd olunan yaşayış məntəqələrində yüksəksəviyyəli sosial infrastruktur qurulub.
“Ağdamlılara qayğı siyasəti son 17 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. Əsas məqam ondan ibarətdir ki, həm Ağdamın Azərbaycanın nəzarətində olan qəsəbələrində, həm də respublikanın digər bölgələrində məskunlaşan ağdamlılar doğma yurd yerlərinin işğaldan azad ediləcəyinə və məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıdacaqlarına böyük ümid bəsləyirlər”. Bunu qəzetimizə açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev deyib.
Düşmənin ağır artilleriya atəşi nəticəsində Ağdama da çoxsaylı ziyan dəyib
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları və Vətən müharibəsinin gedişində şəhər, kənd və qəsəbələrimizin bir-birinin ardınca düşmən işğalından azad olunması isə hazırda kəndləri düşmən tapdağında olan ağdamlıların da tezliklə öz doğma yurdlarına dönəcəyinə ümidlərini birə min artırıb. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Ordusu tərəfindən layiqli cavab alan düşmənlərimiz bu dəfə də faşist xislətlərindən irəli gələrək şəhər və rayonlarda mülki əhalini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə məruz qoyur. Sentyabrın 27-dən bu günə kimi düşmənin bu insanlıqdan kənar hücumları nəticəsində Ağdama da çoxsaylı ziyan dəyib.
Bu barədə məlumat verən YAP Ağdam rayon təşkilatının sədri deyib ki, cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Ağdamda da yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar olub, evlərə, infrastruktura ciddi ziyan dəyib: “Sentyabrın 27-dən noyabrın 2-dək düşmən tərəfindən Ağdama 9402 mərmi atılıb. Bu hücumlar nəticəsində 7 mülki vətəndaş həlak olub, 42 mülki vətəndaş isə yaralanıb. Bundan başqa ağır artilleriya hücumları nəticəsində Ağdamda 70 yaşayış evi, 24 yardımçı tikili, 1 ictimai iaşə obyekti, 2 inzibati bina tamamilə dağılıb. O cümlədən, 608 fərdi yaşayış evinə, 86 yardımçı tikiliyə, 15 sosial obyektə, 1 tarixi abidəyə, 23 ticarət obyektinə, 5 ximət sahəsinə, 9 ictimai iaşə obyektinə, 5 inzibati binaya ziyan dəyib. Bu hücumlar zamanı, eyni zamanda, kəndlərdə kənd təsərrüfatına da ziyan dəyib və 299 mal-qara tələf olub”.
Rayon sakinləri öz doğma ocaqlarını tərk etmir, gündəlik işləri ilə məşğul olurlar
Müsahibimiz deyib ki, düşmənin atəşi nəticəsində yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər. Onu sözlərinə görə, bu günlər vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri, məktəblərlə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Belə ki, Ağdam rayonunda kənd qəbiristanlıqlarına düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları dağılıb və ya zədələnib.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, bu hücumlar, düşmənin əl atdığı metodlar qəhrəman ağdamlıları qorxutmur, əksinə daha da mətnləşdirir. Mənfur düşmən tərəfindən evlərinin dağıdılmasına baxmayaraq, bu gün hər bir ağdamlı öz ordusuna və cənab Ali Baş Komandan İlham Əliyevə inanır və güvənir. Rayon sakinləri öz doğma ocaqlarını tərk etmir, gündəlik işləri ilə məşğul olurlar. Hücumlar nəticəsində evləri ziyan görmüş, yaxud tamamilə dağıdılmış rayonun müxtəlif kənd və qəsəbə sakinlərinin açıqlamalarında da bu məqam xusüsi olaraq vurğulanıb.
Məsələn, Arzu Mirzəyev deyib ki, işğalçıların bu əməlləri bumeranq effekti verir. “Düşmənin bu təxribatları bizi qorxutmur, ruhdan salmır. Ali Baş Komandana, ordumuza böyük güvənimiz, qələbəyə inamımız var”, - deyə o, bildirib.
Digər sakin Röyal Şirinov da bildirib ki, düşmənin təxribatları qəhrəman ağdamlıları qətiyyən qorxutmur. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma ocaqlarını tərk etmir, gündəlik işləri ilə məşğul olurlar: “Düşmən bilsin ki, kəndlərə atəş açmaqla bizi qorxuda bilməz”.
Zabitə Əliyeva isə deyib ki, mənfur düşmən qəsəbə və kəndləri hər gün atəşə tutur: “Buna baxmayaraq, camaat öz doğma ocağındadır. Ordumuzun cəbhədə qazandığı qələbələr bizi daha da ruhlandırır”.
“Allah ordumuzu qorusun!”
Rahilə Əzimovanın da evi düşmən hücumundan zərər görüb. Lakin bu onu və digər sakinləri qətiyyən qorxutmur “Allah ordumuzu qorusun” deyən Rahilə Əzimova son və həlledici qələbəmizin uzaqda olmadığına inandıqlarını bildirib: “Əminik ki, tezliklə ordumuz düşmən üzərində son və həlledici qələbə qazanacaq”.
Digər sakin Yasən Zeynalov isə deyib ki, “Evlər dağılsa da, yansa da, nə qədər ziyan olsa da öz doğma yurdumuzdayıq. Prezidentimizə, ordumuza güvənirik, hər an hər bir ağdamlı döyüşlərdə iştirak etməyə hazırdır”.
Elçin Həsənov da erməni faşistlərinə qarşı savaşmağa hazır olduğunu deyib: “Ordumuzla, Prezidentimizlə qürur duyuram. Ordumuz düşmənə sarsıdıcı zərbələr vurur, işğalda olan ərazilərimizi azad edir. Mən də erməni faşistlərinə qarşı döyüşməyə hazıram. Təki qələbə qazanaq, torpaqlarımız işğaldan azad olsun”.
YAP Ağdam təşkilatının Gənclər Birliyinin üzvləri hərbi vətənpərvərlik ruhunda təbliğat işləri aparırlar
Müsahibimiz sonda onu da bildirib ki, YAP Ağdam rayon təşkilatı hadisələrin ilk günündən gücləndirilmiş iş rejimində çalışır. Rayon təşkilatının əməkdaşları və fəalları daim insanlarla ünsiyyətdədirlər, fəal təbliğat işləri həyata keçirirlər: “Eyni zamanda YAP Ağdam rayon təşkilatının Gənclər Birliyinin üzvləri rayon ictimaiyyəti arasında hərbi vətənpərvərlik ruhunda təbliğat işləri aparırlar. Həmçinin, mənfur düşmənlərimizin artilleriya hücumu nəticəsində zərər görmüş sakinlər daim ziyarət olunur. YAP Ağdam rayon təşkilatı tərəfindən həmin insanlara maddi və mənəvi dəstək göstərilir”.
Nadir AZƏRİ

 
  • Oxunub:  1470  |  
  • Tarix:  04-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 20:27
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
16 Yanvar 19:26
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16 Yanvar 19:02
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib
16 Yanvar 18:23
Pərvin Kərimzadə: Ölkə Prezidentinin Şuşa səfəri tarixi ədalətin bərpası, qalibiyyətin təntənəsidir
16 Yanvar 18:18
Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı
16 Yanvar 18:15
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
16 Yanvar 17:56
Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir
16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:28
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA