Pamukkale Universitetində “Qətliamdan soyqırımına – Xocalı” adlı tədbir keçirilib
29.02.2020 [11:04]
Xəbər verildiyi kimi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçirilib. Bu silsilədən növbəti tədbir isə fevralın 28-də Pamukkale Universitetində keçirilib. Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllının verdiyi məlumata görə Universitetin Fənn-Ədəbiyyat fakültəsinin nəzdində yaradılan Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün və bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Dənizli Sosial Bilimlər Məslək Yüksəkokulunun da dəstək verdiyi "Qətliamdan soyqırımına – Xocalı" adlı tədbirdə öncə Xocalı soyqırımın qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub.
Xocalı faciəsi haqqında videofilmin nümayişindən sonra çıxış edən Universitetin Fən-Ədəbiyyat fakültəsinin nəzdində yaradılan Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün rəhbəri prof. dr. Nərgis Biray 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlərin insanlığa qarşı törədilmiş cinayət olduğunu söyləyib. Onun sözlərinə görə 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı əsl soyqırımı törədilib. Lakin təəssüf ki, hələ də dünya ictimaiyyəti bu bəşəri cinayətə tam layiqli münasibət göstərməyib.
Ermənilərin tarix boyu türk xalqlarına qarşı mübarizədə başqa dövlətlərin və güc mərkəzlərinin əlində alət olduqlarını vurğulayan Nərgis Biray Azərbaycan ilə Türkiyənin ortaq acısı olan Xocalı soyqırımının heç vaxt unudulmaycağını deyib.
Sonra çıxış edən Səmsiyə İsmayıllı Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti və texnikası ilə birlikdə Xocalı şəhərinə soxularaq insanlığa sığışmayan vəhşiliklər törədiblər. Bu soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
Səmsiyə İsmayıllı deyib ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Həmçinin Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində anım tədbirləri keçirilir. Bu faciə dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı tərəfindən soyqırımı kimi tanınır.
Sonra azərbaycanlı və türkiyəli tələbələrin Xocalı soyqırımına həsr edilmiş şeirlər oxuduğu tədbir Azərbaycanın və Türkiyənin bayraqları fonunda “Çırpınırdı Qara dəniz” mahnısının oxunması ilə başa çatıb.
Onu da qeyd edək ki, tədbirdən öncə Azərbaycanda nəşr edilən, Xocalı soyqırımı və erməni terroru haqqında həqiqətlərin, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumatların əks olunduğu kitablar sərgilənib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Gündəm
17 Sentyabr 11:41
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28

